Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

"Tərəflərin toqquşması Ukrayna xalqının hesabına həll olunur"

 

"Beynəlxalq hüquqi sənədlərə əsasən, Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü çoxtərəfli beynəlxalq münasibətlər çərçivəsində, həm də əsas nüvə dövlətləri tərəfindən ona verilən zəmanətlərə əsasən təmin edilməlidir".

Yenixeber.org: Bunu Milli Məclisin deputatı Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, təcrübədə məlum olur ki, bu zəmanətlərin dəyəri tamamilə sıfra bərabərdir:

"Odur ki, bir neçə gün öncə Prezident Zelenski ənənəvi diplomatik dildən “xalq” dilinə keçib, NATO-dan ona göndərilən 50 ton dizelin Budapeşt memorandumunun daha yaxşı yanması üçün istifadə oluna biləcəyini deməsinin kifayət qədər tutarlı əsasları var. Hazırda biz, çox güman, sadəcə Ukrayna ərazisində gedən müharibənin şahidi deyilik. Baş verən hadisələr İkinci Dünya müharibəsindən sonra formalaşan və 90-cı illərdə ciddi düzəlişlərə məruz qalan Avropa təhlükəsizlik sisteminin dağıdılmasıdır. Hələ Sovet dövründə Varşava Bloku ölkələri və NATO Avropada birbaşa münaqişələrdən qaçırdılar və aralarında olan rəqabəti digər regionlara keçirərək, təbliğat və casusluq yolu ilə bir-birinə qarşı təxribatçı fəaliyyət göstərirdilər".

Deputat vurğulayıb ki, Avropada mümkün ola bilən müharibədən hər zaman nüvə münaqişəsinin qoxusu gəlməkdə idi:

 

"Məhz bu səbəbdən hətta ciddi böhranlar zamanı da istənilən vasitə ilə toqquşmaların qarşısı alınırdı. Bu gün genişmiqyaslı toqquşmanın bir addımlığındayıq. Eyni zamanda, faktiki olaraq, Avropanın təhlükəsizliyinə dair bütün sazişlər işləmir. Bu ssenarinin ehtimalı Avropa dövlətlərini qonşularına ümid olmadan müstəqil tədbirlər görməyə vadar edir. Bunun bariz nümunəsi kimi Almaniya kansleri Şolzun son çıxışı ola bilər. Zahirən həmin çıxışı Rusiyaya qarşı yönəlmiş kimi də qəbul etmək olar. Amma əslində, ümumi ritorikanı kənara qoysaq, bu, Almaniyanın 1945-ci ildən bəri ilk dəfə öz təhlükəsizliyini NATO-nun öhdəsinə buraxmadan, özü tərəfindən təmin olunmasına dair mesaj idi. NATO-nun əsas üzvlərindən biri, lakin bir çox qərarlarını alyansla əlaqələndirməyən Türkiyənin də mövqeyi məlumdur".

O qeyd edib ki, nə baş verdiyini anlamaq üçün tərəflərin motivlərini təhlil etmək lazımdır:

"Rusiya 1990-cı illərdən etibarən mövcud olan Avropa və beynəlxalq təhlükəsizlik arxitekturasını qəbul etmək istəmir. Qərb isə həmin quruluşu qoruya biləcəyinə inanır. Ukrayna hazırda bu ziddiyyətli mövqeylər arasında mübarizənin səhnəsinə çevrilib. Təəssüf ki, tərəflərin toqquşması gözəl, istedadlı və xeyirxah Ukrayna xalqının hesabına həll olunur. 1994-cü ildə Ukraynaya təhlükəsizlik vəd edən böyük dövlətlər bu gün Kiyev qarşısında götürdükləri öhdəlikləri niyə yerinə yetirmədiklərini hər biri özünəməxsus şəkildə izah etməyə cəhd edir. Kiyev isə 1994-cü ildə əsas öhdəliyini yerinə yetirmiş və dünyanın ən böyük silahlarından biri olan nüvə arsenalından imtina etmişdir. Ehtimal etmək olar ki, 1994-cü ildəki Ukraynanın bu məsələdə seçimi məhdud idi. Lakin bu gün, şübhəsiz ki, ukraynalılar seçimlərindən peşmançılıq yaşayırlar. Məsələ isə yalnız nüvə silahında deyil. Əslində, müasir dünyada beynəlxalq hüququn isə boş bir ifadəyə çevrilməsindən və dövlətlərin yalnız öz gücünə arxalana biləcəyindən söhbət etməliyik".

 

"Hazırkı həqiqət ondan ibarətdir ki, Ukrayna zamanında bəyan edildiyi kimi bütün Avropa dövlətlərinin deyil, konkret ölkələrin maraqlarını qorumaqla məşğul olan NATO və ATƏT-ə güvənmək əvəzinə, özünə uyğun tərəfdaşlıqlar sistemini qurmalı idi. Bu isə öz növbəsində, xalqların əvəzsiz tarixi nailiyyəti olan azadlığı və müstəqilliyi təmin etməyin yeganə yoludur. Şübhəsiz ki, Avropa təhlükəsizlik sistemində yaranan böhranın tarixçəsi daha uzundur. Azərbaycanlılardan yaxşı bunu bilən varmı? Üç uzun onillik ərzində ATƏT Ermənistan-Azərbaycan münaqişəsində öz mandatının yerinə yetirilməsini təqlid etməklə məşğul idi. Biz hələ də bəzən müxtəlif Avropa siyasətçilərindən Minsk Qrupu və onun Qarabağdakı gələcək rolu ilə bağlı təkliflər eşidirik. Onların Qarabağdakı missiyasının tam iflası və bu gün Ukraynada baş verənlər təşkilatın birbaşa mandatına aid olsa belə Ukrayna məsələsində ATƏT-in ümumiyyətlə fəaliyyətsiz olması fonunda bizə aid təklif və söhbətlər təmamilə qeyri-ciddi səslənir. Prinsipcə, bu gün ATƏT "ölüdür". Bu isə ortaya mühüm yeni suallar çıxarır. Belə bir vəziyyətdə nə vaxtsa imzalayacağımız Ermənistan-Azərbaycan sülh müqaviləsinin dəyəri nə olacaq? Yazılan mürəkkəbə dəyməyən bir kağız parçasına çevriləcəkmi? Məsələn, Budapeşt Memorandumu kimi?", - Nigar Arpadarai qeyd edib.

O hesab edir ki, ATƏT çərçivəsində imzalandığı təqdirdə, aqibəti təsvir etdiyim kimi olacaq: "Sülh müqaviləsinin real və işlək olacağı yeganə ssenari onun həqiqətən ikitərəfli razılıq əsasında imzalanması və üçüncü tərəflərin yalan ümidlər və qeyri-müəyyən vədlər verərək Ermənistanda revanşizmi qızışdırmağı dayandırmasıdır. Bu nə qədər tez baş versə, hər kəs üçün bir o qədər yaxşı olacaq. Vətənimiz Azərbaycan bu günə qədər əvəzsiz təcrübə toplamışdır. Biz son otuz ildə danışıqlardan, müharibələrdən keçdik və söz və vədlərin əsl dəyərini hamıdan yaxşı bilirik. Bu biliklər dünyanın ən təcrübəli və güclü diplomat və siyasətçilərindən biri olan Azərbaycan Prezidenti tərəfindən təcəssüm etdirilir. Prezident, ölkəmiz üçün ikitərəfli və regional sazişlər və ittifaqlar əsasında qurulmuş təhlükəsizlik sisteminin yaradılması istiqamətində qətiyyətli kurs seçmişdir. Bu münasibətlər qarşılıqlı maraqlar və proqnozlaşdırıla bilən mövqelər əsasında qurulmuşdur. Güclü ordu və güclü milli dövlətin əsasında. Eyni zamanda, bunun əsasında təhlükəsizliyimiz və müstəqilliyimizin, ilk növbədə, öz əlimizdə olduğuna dair əminlik durur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam