Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Lənkaranda biabırçılıq: İcra nümayəndəsinin bacısı olan baxça müdirəsi ərzaqları oğurlayıb? -DE-FAKTO

media-vezifeli-sexs

Lənkəranda bağça direktorunun biabırçı əməli – körpələrin ərzağını oğurlayarkən ifşa olundu!
Yenixeber.org: Lənkəran rayonunun Üzümçülük Savxozunda qalmaqallı hadisə baş verib. Savxoz ərazisində yerləşən uşaq bağçasının direktoru körpələrə ayrılan ərzaqları müəssisədən çıxararaq daşıdığı zaman sakinlər tərəfindən yaxalanıb.
Məlumata görə, həmin şəxs təsadüfi deyil – bağçaya rəhbərlik edən Həyya Novruzova, Nərimanabad qəsəbə ərazi nümayəndəliyinin rəhbəri Ceyhun Ələkbərovun bacısıdır. Onun bu əməli kənd sakinləri tərəfindən ifşa olunduqdan sonra məsələ barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Sakinlərin verdiyi məlumat əsasında Həyya Novruzova polis əməkdaşları tərəfindən idarəyə aparılıb. Hazırda məsələ ilə bağlı istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.
Lakin kənd camaatı arasında narahatlıq var. İddialara görə, Həyya Novruzovanın qardaşı – Lənkəran rayon icra hakimiyyətinin yerli nümayəndəsi olan Ceyhun Ələkbərovun köməyi ilə bacısı Həyya Novruzovanın cəzasız qalacağı barədə söz-söhbətlər yayılıb.
Hadisənin detalları yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Mövzu diqqətdə saxlayırıq.(Bakunews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam