Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

“Mostbet və 1xBet: Soyğunçuluq imperiyası – Azərbaycan gəncliyi səssizcə məhv olur!” -DE-FAKTO

Azərbaycanda illərdir cəmiyyətin damarlarına zəhər kimi yayılan bir təhlükə var: “Mostbet” və “1xBet” kimi ofşor qumar şirkətləri. Onlar rəsmi qeydiyyatsız, vergi ödəmədən fəaliyyət göstərir, amma əvəzində minlərlə insanın cibini, həyatını, hətta ailəsini talan edir.
yenixeber.org: Rəsmi rəqəmlərə görə, dünyada onlayn qumar sənayesinin illik dövriyyəsi 60 milyard dollardan artıqdır. Bu məbləğin milyonlarla dolları Azərbaycandan çıxarılır. İqtisadçılar bildirirlər ki, hər il ölkəmizdə yüzlərlə insan bu platformalarda pulunu itirir, bəzi hallarda isə borca girərək intihar həddinə çatır. Qumar oyunları səbəbindən təkcə 2023-cü ildə hüquq-mühafizə orqanlarına daxil olan müraciətlərin sayı 1 200-dən çox olub.
Ən acınacaqlısı odur ki, bu şirkətlərin arxasında dayanan şəxslər Rusiya və Kipr vətəndaşlığına malikdir, beynəlxalq axtarışda olsalar da, Azərbaycanda rahat şəkildə pul qazanmaqda davam edirlər. Sual yaranır: necə olur ki, dünyanın hüquq-mühafizə orqanlarının izlədiyi bu adamlar bizdə sərbəst fəaliyyət göstərir?
Onlayn qumar saytlarının “bonus” vədləri, “yüksək əmsallar”ı əslində şirin qandallardan başqa bir şey deyil. Gənclər bu “rəqəmsal bataqlığa” düşdükcə çıxış yolunu tapa bilmir. Psixoloqlar xəbərdarlıq edirlər ki, qumar asılılığı narkomaniya ilə eyni təsiri göstərir – insanın həyatını tamamilə idarə altına alır. Ailələr dağılır, borclar artır, insanların psixologiyası pozulur. Bir kliklə başlayan oyun minlərlə taleyi alt-üst edir.
İctimaiyyətin hiddətini artıran başqa bir məqam da var: bəzi xəbər portalları açıq şəkildə bu şirkətlərin reklamını yayır. Halbuki “Reklam haqqında” qanuna görə, qumar və bukmeker fəaliyyətinin təşviqi qəti şəkildə qadağandır. Buna baxmayaraq, həmin portallar qısa müddətli qazanc naminə cəmiyyətə zəhər saçmaqdan çəkinmirlər.
Bu mövzuda hüquq-mühafizə orqanlarına müraciət etmişik. Cavabda bildirilib ki, yaxın vaxtlarda həm şirkətlərin qanunsuz fəaliyyəti, həm də onların reklamına xidmət edən media qurumları ilə bağlı tədbirlər görüləcək.
Bu məsələ təkcə hüquqi deyil – bu, milli dəyərlərimizin, ailə institutunun, gəncliyimizin taleyinin məsələsidir. Qumar bataqlığına göz yummaq sabah minlərlə ailənin faciəsini izləmək deməkdir.
Statistikalar, faktlar, sosial problemlər ortadadır. İndi cəmiyyətin qarşısında bir sual dayanır: susmaqmı, yoxsa mübarizə aparmaqmı?(Azerbaycanreallığı)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam