Bakının növbəti uğuru, İrəvanın pərtliyi -Brüssel səfərinə ŞƏRH
“Cənubi Qafqaz ölkələri içərisində NATO ilə balanslı münasibətlər yürüdən yalnız Azərbaycandır. Azərbaycan Gürcüstan və Ermənistan kimi ikibaşlı oyunlar oynamaqla NATO və Qərblə münasibətlər qurmaq fikrində deyil”
Yenixeber.org: Bunu politoloq Sahil İskəndərli prezident İlham Əliyevin Brüsselə səfərini AzVision.az-a şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin Brüssel sammitinə səfəri əvvəlki səfərlərdən köklü şəkildə fərqlənir:
“Azərbaycan ikitərəfli oyunlardan uzaqdır. Azərbaycan ilk növbədə bütün Qərb dövlətləri ilə olduğu kimi dünyanın ən fəal siyasət aparan hərbi-siyasi bloku ilə tarazlı siyasət yürüdür. Bu təşkilatlarla çox ciddi proqramlarda əməkdaşlıq edirik. Amma həm dövlət başçısı öz bəyanatlarında, həm də rəsmi Bakı öz əməlində göstərir ki, hər bir dövlətlə, istənilən qurumla, o cümlədən hərbi-siyasi blokla əməkdaşlığımız heç də hansısa üçüncü tərəfə qarşı yönəlməyib. İstəsələr də, istəməsələr də, Azərbaycanın bu müstəvidə yürütdüyü konkret siyasət budur”.
Politoloqun fikrincə, bu, ilk növbədə Azərbaycanın müstəqil siyasətilə bağlıdır ki, NATOkimi blok öz sammitində məhz dövlətlərin ərazi bütövlüyü prinsipini ortaya qoyur. Bu dəfəki NATO sammitində post-Sovet məkanında həllini tapmayan etnik münaqişələrin həlli məsələsində, beynəlxalq hüquq normalarına və prinsiplərinə əməl olunması, sərhədlərin dəyişdirilməməsi məsələsinin qoyulması konkret olaraq Azərbaycan diplomatiyasının və şəxsən ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. Hesab edirəm ki, sonuncu NATO sammitindən Azərbaycanın siyasi dvidenti, qazancı budur”, – deyə S.İskəndərov vurğulayıb.
Politoloqun sözlərinə görə, artıq NATO-ya üzv ölkələr başa düşür ki, bu və ya digər şəkildə separatçıya dəstək vermək, ən azı ona qarşı sərt tədbirlər görməmək separatçı ocaqların alovlanmasına gətirib çıxarır.
“Orada bir daha sübut olundu ki, Azərbaycan prezidentinin bu müstəvidə tutduğu ardıcıl siyasət NATO və Avropada birmənalı qəbul olunur. Bu, o demək deyil ki, onlar bunu indiyə qədər başa düşmürlərdi. İndi gözəl başa düşürlər ki, Azərbaycan bu məsələdə haqlıdır. Amma müəyyən siyasi dairələrin, dövlətlərin, separatçıların öz maraqları naminə hansısa regionda və ölkələrdə istifadə maraqları daha üstün olur. İndi özləri bu məqamla üzləşəndə anlayırlar ki, məkrli siyasətdən əl çəkmək lazımdır. Çünki bunlar son məqamda onların özlərinə də təsir edir. Azərbaycan siyasi rəhbərliyinin çox təmkinlə, ustalıqla siyasət yürütməsi son nəticədə həmin dövlətlərin özünün bu reallığı qəbul etməsinə gətirib çıxardı”.
Qeyd edək ki, NATO sammitinin yekunu üzrə kommünikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə olunub. Bu isə Azərbaycanın Ermənistan üzərində növbəti diplomatik qələbəsi hesab oluna bilər. Odur ki, rəsmi İrəvan qeyri-kostruktiv açıqlamaları ilə pərtliyini gizlədə bilmir.
Elvin Abdulqədirov