Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Uşaq baxçasına yerlər 500 manata satılır" -Valideynlər mövcud durumdan narazıdır

Uşaq baxçasına yerlər 500 manata satılır

Rüşvət verməyən valideynlər uşaqlarına Naxçıvan şəhərindəki bağçalarda yer tapa bilmirlər. 

Yenixeber.org: Bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər.

Onlar deyirlər ki, aylar öncə onlayın növbəyə yazılmaqlarına baxmayaraq, onların sırası yaxınlaşmaq əvəzinə daha da geriyə atılır. Buna səbəb isə boşalan yerlərə növbədə olanların deyil, rüşvət müqabilində növbədən kənar uşaqların yazıdırılmasıdır.

Naxçıvan şəhər sakini N.Məmmədova deyir ki, bir yer üçün istənilən rüşvətin qiyməti 500 manatdır:“İşlədiyim üçün uşağı bağçaya qoymalıyam. 3 saylı bağçada aylardır get-gələ salınmışam. Növbəyə də yazılmışam. Ancaq, yerində sayırıq. Heç bir irəliləyiş yoxdur. Uşağı bağçaya yerləşdirmək üçün 500 manat rüşvət istəyirlər. 450 manat maaş alıram. Mənim bu pulu vermək imkanım yoxdur. Deyirlər ki, bizlik deyil, pulun hamsı nazir Elxan Nəcəfova çatır. Bura dövlət bağçasıdır və bütün xərcləri dövlət qarşılayır. Maraqlısı isə odur ki, bağçaya daha çox evdar xanımların uşaqları götürülür, işləyən xanımlar get-gələ salınır. Deyirlər ki, yazılmamış qanunlar var bağçaya uşaq qoymaq üçün ya rüşvət verməlisən, ya da yuxarılarda adamınolmalıdır. Şikayətimizə də baxan yoxdur".

Digər sakin Gülçöhrə Səfərova isə növbəsinin irəli getməkdən, gerilədiyini bildirir:“İndiyə kimi növbə qabağa getməkdən, yerində sayırdı. Ötən həftə baxdım ki, daha iki növbə geriləmişəm. Yəni, yazılanda 13-cü idik, indi 15-ci ediblər. Təhsil Nazirliyi bilərkdən sistemlə oynayır. Rüşvət alıb, növbədən kənar uşaq yerləşdirirlər. Getdim, nazirin qəbuluna buraxmadılar. Nazirliyin Zaur adlı əməkdaşı dedi ki, get hara istəyirsən şikayət elə. Qalmışam çarəsiz. Nə edəcəyimi bilmirəm. Mən də yoldaşım da işləyirik. Uşağımız məcbur olub, qohumlara etibar edirik. Onların da öz işləri, gücləri var. Nə vaxta kimi baxsınlar".

Valideynər aidiyyəti qurumlara müraciət edərək, problemin həll olunmasını tələb edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam