Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Üçüncü dünya savaşı “proxy war” modelində artıq başlayıb: Nüvə zərbəsi də gözlənilir

ABŞ və Qərb Ukrayna üzərindən Rusiya ilə həm hərbi, həm də maliyyə-iqtisadi alətlər vasitəsilə savaş içərisindədir; NATO və Rusiya arasında açıq hərbi təmas baş verərsə, Kremlin Ukraynadakı AES-lərdən birini partlada, yaxıd qarşı tərəfə birbaşa nüvə zərbəsi endirə biləcəyi də qətiyyən istisna deyil...

Yenixeber.org: Ukrayna savaşında son günlərdə nüvə faktoru ön plana keçirilməyə başlayıb. Rusiya qoşunları Ukraynanın AES-ləri ətrafında gərginliyi artırmağa çalışırlar. Bununla da ABŞ və Qərbə Ukrayna savaşına kənardan müdaxiləyə dərhal radikal cavab veriləcəyinə eyham vurulur. Və bu, Ukraynaya dəstək verən ölkələr üçün olduqca ciddi, həm də təhlükəli mesajdır.

Əslində, Kreml ABŞ və Qərbə yönəlik nüvə təhdidlərini Ukraynaya hərbi müdaxilə etməzdən bir neçə gün əvvəl də ön plana keçirtmişdi. Prezident Vladimir Putin Rusiyanın uzaqmənzilli və nüvə başlığı daşıya bilən raketlərinin sınaqlarında şəxsən iştirak etməklə, ABŞ və Qərbə açıq-aşkar xəbərdarlıq etmişdi. Bunun ardıncasa, Ukrayna savaşı başlandıqdan və sanksiyalar işə salındıqdan sonra Rusiya nüvə silahını aktivləşdirməklə, Qərbi növbəti dəfə qorxutmağa çalışmışdı.

İndisə, ABŞ və Qərb birbaşa Ukrayna ərazisindən təhdid olunur. Kreml Ukraynanın AES-lərində partlayış törətməklə, Avropa qitəsini fəlakətə sürükləyə biləcəyini qabardır. Əlbəttə, Rusiyanın doğrudan da belə addım atıb-atmayacağı hələlik bir qədər mübahisəli məsələdir.

orig-1638281877dRLjhHsTGVupnQEimMwOhixTLSpps87j5bA7GujW.jpeg (63 KB)

Ancaq həqiqətən də Ukraynanın AES-lərindən hər hansı birində partlayış törədilərsə, bu Avropa ölkələri üçün əsl fəlakət olardı. Çünki bu partlayışın nəticələri hətta birbaşa nüvə zərbəsinə ekvivalent ola biləcəyi qətiyyən istisna deyil. Bu halda, Rusiyanın Ukraynaya yaxın Qərb hissəsi ilə yanaşı, Şərqı və Mərkəzi Avropa ölkələrini də fəlakət öz ağuşuna ala bilər. Üstəlik, hansı ölkənin daha çox ziyan çəkə biləcəyini də məhz küləyin istiqaməti müəyyən edəcək.

Təbii ki, belə vəziyyətdə ABŞ və Qərb ölkələri Kremlin dolayısı yolla vəd etdiyi təhlükənin ciddiliyini nəzərə almaq məcburiyyətində qalıblar. Ona görə də, rəsmi Kiyevin ağır ittihamlarına və sərt qınaqlarına baxmayaraq, Ukraynaya verilən hərbi dəstək prosesində müəyyən prinsiplərə riayət etməyə üstünlük verilir. Hər halda, NATO ölkələri gərgin müzakirələrdən sonra Ukrayna hava məkanının uçuşlara qapalı zona elan edilməsindən çəkindilər.

Məsələ ondadır ki, əgər, NATO Ukrayna hava məkanını uçuşlara qapalı zona elan etsəydi, bu halda, Rusiya ilə hərbi toqquşma ehtimalı reallığa çevrilmiş olacaqdı. Çünki, Ukraynanın öz hava məkanını uçuşlara qapalı zonaya çevirmək imkanları mövcud deyil. Əgər olsaydı, indiyə qədər bunu Ukrayna özü edərdi. Deməli, bu işi istənilən halda, NATO hərbi hava qüvvələri icra etmək məcburiyyətində qalacaqdı. Bu isə Rusiya ilə hərbi toqquşmanın qaçılmaz olması anlamına gələrdi.

8a0f81741c2717ce6a0610d206931b4f.jpeg (111 KB)

Göründüyü kimi, Ukrayna nə qədər israr etsə də, belə addımların atılması kifayət qədər qəliz məsələdir. Halbuki, prezident Volodimir Zelenski Ukrayna hava məkanının uçuşlara qapalı zona elan edilmədiyi üçün ölkəsində bundan sonra insanların həyatını itirməsinə görə ABŞ və NATO-nun məsuliyyət daşıyacağını da bəyan edib. Ancaq bu, nə qədər ağır məsuliyyət bölgüsü olsa da, ABŞ və NATO heç bir halda, Rusiya ilə birbaşa hərbi toqquşmalara girmək niyyətində olmadığını vurğulayır.

ABŞ və NATO bu mövqeyini əsasən, Rusiya ilə hərbi toqquşma olacağı təqdirdə, Üçüncü Dünya Müharibəsinin qaçılmaz xarakter daşıya biləcəyi ilə arqumentləşdirməyə çalışır. Halbuki, Ukrayna savaşının bir çox əlamətləri əslində, Üçüncü Dünya Müharibəsinin artıq başladığını iddia etməyə əsas verir. Və bu savaş hələlik “proxy war” modeli üzrə davam edir.

Məsələ ondadır ki, “proxy war” hər hansı hərbi alyansın və ya dövlətin rəqib ölkəyə qarşı üçüncü dövlətin üzərindən müharibə aparması prosesini ifadə edir. İndiki halda, əslində, ABŞ və Qərb Rusiyaya qarşı Ukrayna vasitəsilə “proxy war” modelində müharibə apardığı qətiyyən şübhə doğurmur. Çünki, ABŞ və Qərb Rusiya ilə savaşda birbaşa iştirak etməsə də, Ukrayna tərəfindən çıxış edir.

1645712070_502250_840463.jpg (31 KB)

ABŞ və Qərb Ukraynaya ən müasir hərbi texnika, silah-sursat göndərir. Bu isə o deməkdir ki, Ukraynda NATO ordusu Rusiya ilə savaşmasa da, bu hərbi-siyasi alyansın hərbi texnikası müharibədə birbaşa iştirak edir və bu, mövcud situasiyaya birbaşa təsir göstərir. Digər tərəfdən, ABŞ və Qərb Kremlin Ukraynaya yönəlik haqsız hərbi müdaxiləsinə reaksiya olaraq, Rusiyaya qarşı ikinci cəbhə də açıb. Bu ikinci cəbhə Rusiyanın beynəlxalq səviyyədə məruz qoyulduğu ağır sanksiyalarda, eləcə də, Kremlin bloklanıb, dünyadan təcrid olunmasında özünün göstərir. Yəni ABŞ və Qərb Rusiyaya qarşı həm də iqtisadi alətlər üzərindən müharibə aparır.

Təbii ki, bütün bunlar dolayısıyla, daha dəqiq desək, qeyri-rəsmi şəkildə Üçüncü Dünya Müharibəsinin artıq başlandığını düşünməyə əsas verir. Ancaq ABŞ və Qərb Rusiya ilə birbaşa toqquşmadan yayınmaqla, Üçüncü Dünya Müharibəsinin rəsmən təsdiqlənməsindən çəkinir. Və daha çox səhnəarxasında qalıb, başqasının əliylə - Ukrayna vasitəsilə Rusiyaya qarşı vuruşmağa üstünlük verir.

Bundan sonra hadisələrin inkişaf istiqamətləri ilə bağlı mümkün variantların sırası o qədər də geniş deyil. Böyük ehtimalla Üçüncü Dünya Müharibəsinin “proxy war” modeli hansısa mərhələdə öz əhəmiyyətini itirə bilər. ABŞ və NATO-nun Rusiya ilə hərbi toqquşması qaçılmaz xarakter daşiyar. Bunun reallığa çevriləcəyi təqdirdəsə, dünya nüvə müharibəsindən yayınmağın yollarını axtarmaq məcburiyyətində qala bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam