Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Daxili qoşunlara bu şəxsləri saxlamaq hüququ verilir

 

İnzibati xəta və ya cinayət törətmiş və ya törətməkdə şübhəli bilinən, yaxud barəsində həbs qətimkan tədbiri seçilmiş, axtarışda olan və ya cəzaçəkmə müəssisəsindən qaçmış şəxsləri Daxili qoşunların hərbi qulluqçuların saxlamaq hüququ olacaq.

Yenixeber.org xəbər verir ki, bu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan  “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunun  layihəsində bildirilib.

Həmçinin fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimini, habelə dini ekstremizm və terror əleyhinə aparılan xüsusi əməliyyat zonalarının hüquqi rejimini pozmuş şəxsləri;
daxili qoşunlar tərəfindən mühafizə olunan obyektlərə qanunsuz daxil olmağa cəhd edən və ya daxil olmuş şəxslər də bu siyahıya daxildir.

Qeyd edək ki, saxlanılan şəxslərə dərhal saxlanmanın səbəbləri bildirilməli və hüquqları izah edilməlidir. Saxlanılan şəxslər dərhal ən yaxın polis orqanına təhvil verilməlidir. Tibbi zərurət olduğu halda saxlanılan şəxsə ilk tibbi yardım göstərilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam