Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ-dan Ukraynanın NATO üzvlüyünə açıq dəstək

 

      ABŞ növbəti dəfə Ukraynaya NATO üzvlüyü tədbirlər planının (MAP) verilməsinə dəstək verib.

Yenixeber.org: Bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Andriy Yermak prezident Volodımır Zelenski ilə ABŞ dövlət katibi Antoni Blinken arasındakı görüşdən sonra bildirib.

“Bu gün Birləşmiş Ştatlar tərəfindən Ukraynanın MAP əldə etməsinə tam dəstək verilməsinin növbəti dəfə təsdiqini aldıq. Amma NATO iştirakçıları çox olduğuna görə, işlər davam edir. ABŞ isə bizim strateji tərəfdaşımız olduğunu, NATO üzvlüyümüzü dəstəklədiyini bir daha ortaya qoydu” – deyən Ukrayna prezidenti ofisinin rəhbəri iki ölkə arasındakı gündəmdə Qara dənizdəki təhlükəsizlik məsələlərinin mühüm yer tutduğunu dilə gətirib.

Qeyd edək ki, Blinken – Zelenski görüşündən sonra ABŞ dövlət katibi Ukraynanın NATO üzvlüyü və bu ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı müzakirələr apardıqlarını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam