Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müğənni Rəqsanə azadlığa buraxılır? -Əri restoranını satışa çıxardı

 

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  

Yebuxeber.org: O, vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.

Müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağını vəd edib və iş adamının yaxınları Rəqsanə İmsayılovaya 520 min dollar pul veriblər. Amma 2 il keçməsinə baxmayaraq həmin şəxs azadlığa buraxılmayıb.

Həmin şəxslərin şikayətindən sonra cinayət işi başlanıb və Rəqsanə İmsayılova həbs olunub.

Rəqsanə İsmayılovanın biznesmen həyat yoldaşı Fazil Əmiraslanov artıq zərərçəkmişlərlə danışıqlara girib və onların pulunu qaytaracağına söz verib.

Mənbənin bildirdiyinə görə, son illər Moskva şəhərindəki biznesi tənəzzül edən Fazil Əmiraslanov iqtisadi cəhətdən əvvəlki qüdrətində deyil. Bununla belə, 1 milyon manata yaxın məbləğin ödənilməsi onun üçün heç də mümkünsüz deyil.

Məlumata görə, Fazil Əmiraslanov Rusiya paytaxtındakı obyektlərindən birini satışa çıxarıb və alqı-satqı rəsmiləşdikdən sonra Rəqsanə İsmayılovanın borcları tamamilə bağlanacaq.

Xatırladaq ki, Fazil Əmiraslanov uzun illərdir ki, Moskvada iri bizneslə məşğul olur. O, "Bakkara XXI", "Luç-SB" , "Sofiya ML" "Korvet İnvest" kimi iri şirkətlərinin sahibidir. Bundan başqa onun Rusiya paytaxtında “Mayak” adlı Ticarət Mərkəzi də var.

Onun şirkətləri restoran, daşınmaz əmlakın alqı-satqısı, habelə topdansatış ticarəti üzrə ixtisaslaşıb.

Rəqsanə İsmayılova həyat yoldaşı Fəzail Əmiraslanovla 2011-ci ildə məclislərdən birindən tanış olub. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəliblər. 

Qeyd edək ki, Rəqsanə İsmayılova Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.  Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və dövlət rüsumunun ödənilməsi vəziyyəti dəyişə bilər. Belə olan halda cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilə bilər.(Savashmedia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam