Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti uzadılıb

 

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin (əsas yerləşdirmədən sonra) portal.edu.az saytında qeydiyyat müddəti uzadılıb.

Yenixeber.org: Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, abituriyentlər 10 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri Elm və Təhsil Nazirliyi və ya portal vasitəsilə dəqiqləşdirə bilərlər.

Qeyd. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyat prosesinə isə 9 sentyabr saat 11:00-da start veriləcək və 15 sentyabr saat 18:00-dək davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam