Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Sərvət İnşaat”ın 1.5 milyon manat vergi borcu üzə çıxdı - Sahibi görün kim imiş

“SƏRVƏT İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında ciddi vergi öhdəlikləri yaranıb.

Yenixeber.org: Məlumata görə, şirkətin ümumi vergi borcu 1 milyon 537 min 485,72 manat təşkil edir.

Əldə etdiyimiz digər məlyumata örə, Dövlət Vergi Xidməti (DVX) əməkdaşlarının aparılan səyyar vergi yoxlamaları nəticəsində “Sərvət İnşaat”a əlavə olaraq 930936,67 manat vergi, üstəlik 561 350,78 manat maliyyə sanksiyası tətbiq olunub.

2014-cü ildə dövlət qeydiyyatına alınan və cəmi 50 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Servet Alpagudur. “Sərvət İnşaat”ın hüquqi ünvanı Naxçıvan şəhəri, İstiqlal küçəsi 75, mənzil 10-da yerləşir.

Araşdırmalar zamanı məlum olub ki, Servet Alpagu yalnız tikinti şirkəti ilə kifayətlənməyib. O, həmçinin "Marsol Qrup"un partnyorlarından olan “Ziebart Azerbaijan” MMC, eləcə də “Ziebart Plus” MMC, “Ziebart Exclusive” MMC  “Ziebart Baku Premium” MMC-nin də rəhbəridir.

Maraqlıdır ki, bu şirkətlərin bir qismi eyni ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 9A-da qeydiyyatdan keçib. Həmin ünvan üzrə fəaliyyət göstərən “Ziebart Baku Premium” MMC-nin qanuni təmsilçisi isə başqa bir şəxs – Gökhan Koşar göstərilib.

Türkiyəli iş adamı Servet Alpagu 15 ildir Azərbaycanda yaşayır. O, ilk olaraq İzmirdən Naxçıvana köçərək burada 10 il biznes fəaliyyəti ilə məşğul olub. Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovla yaxın münasibətləri ilə tanınır. Hətta özü də Türkiyə mediasına verdiyi bir müsahibəsində belə deyib: “Naxçıvan Muxtar Respublikasının sədri Vasif Talıbovun gətirdiyi yeni idarəçilik anlayışı yalnız ictimai həyata deyil, həm də ticarətə müsbət təsir göstərmişdir.(32gün.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam