Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Neft işçilərinin etirazı davam edir: Yeni sədrin QANUNSUZ əməlləri - SKANDAL MƏLUMATLAR+VİDEO

neft-senayesi-iscileri-teltif-edildiler-
Azərbaycan Neft və Qaz Sənayesi İşçilərin Həmkarlar İttifaqı Respublika Komitəsi qəbul etdiyi Nizamnaməni kobud şəkildə pozaraq yerli komitələr də yığılan vəsaitin 100 faizini tələb edir.
Yenixeber.org: Halbuki bu Azərbaycan Respublikasının Konstitusiyana, Azərbaycan respublikasının tanıdığı beynəlxalq hüququn prinsip və normalarına, Respublikanın digər qanun və normativ aktlarına, ,, Həmkarlar İttifaqı haqqında,, Azərbaycan Respublikası qanununa tamamilə ziddir. Bu vaxta qədər yığılan vəsaitin 25 faizi Respublika Komitəsinə köçürülürdü. Lakin 15 avqust tarixində həmkar sədrləri aldadılaraq SOCAR-ın baş ofisində başqa bir mövzunun müzakirəsi adı altında dəvət edilmiş, iclasdan əvvəl müxtəlif üsullarla qorxudularaq və təzyiq göstərilərək bu qərarı dəstəkləməli olduqlarını onlara bildiriblər. Bütün bunları bizə məlumat göndərən mənbə iddia edir ki, Əlacsız qalan sədrlərin bir neçəsi istisna olmaqla bu qərara razılıq veriblər.. Vəziyyət elə bir hal alıb ki, həmkar sədrləri və fəalları, vaxtı ilə
Neftçi həmkarlar təşkilatının passivliyi görüb 1996 çı ildə bir qrup Neftçinin yaratdığı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı İctimai Birliyinə (NHMT İB) və digər hüquq müdafiəçisi olan təşkilatlara müraciət etməyi nəzərdə tuturlar. Və bununlada həmkarlar təşkilatının belə qərarlar verən rəhbərlərin olduğu halda necə lazımsız bir təşkilat çevrildiyinin və qısa bir zamanda məhvə getdiyinin şahidi olunacağı vurğulanıb. Həmkarlar təşkilatlarının İctimai Birliklərdən kömək istəməsi həqiqətən utanc vericidir.
Qeyd edək ki, ötən gün bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı, öz sosial şəbəkə hesabında məlumat paylaşıb. Biz də Mərkəz Tv olaraq, Mirvari Qəhrəmanlıdan mövzu ətrafında açıqlama aldıq.
Qeyd edək ki, məsələ ilə əlaqədar olaraq, Həmkarlar İttifaqı Konfederasiyasından münasibət öyrənməyə çalışsaq da, bu mümkün olmadı. Hər bir halda, sözügedən şəxslərin və təşkilatın fikirlərini işıqlandırmağa hazırıq.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam