Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Təhsil İnkişafı Fondunun büdcəsindən qeyri-qanuni istifadə: Regionalların rəhbərlərinə 60.000 manatlıq avtomobillər –Kimin Xeyrinə?

Təhsilin İnkişafı fondu

Təhsilin İnkişafı Fondu (TİF) Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət məktəblərinin maddi-texniki bazasını müasir standartlara uyğunlaşdıran publik hüquqi şəxsdir. Fondun əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi, layihələrin dəstəklənməsi və ölkənin gələcək nəsillərinə layiqli təhsil imkanları yaratmaqdır.

Yenixeber.org: Lakin son araşdırmalarımız ciddi narahatlıq doğurur: Fondun büdcəsindən 12 Regional Təhsil İdarəsinin rəhbərlərinə, həmçinin ARTİ və Elm və Təhsil Nazirliyinə avtomobillər hədiyyə edilib – hər biri üçün təxminən 60.000 manat olmaqla, ümumilikdə 800.000 manatlıq avtomobil paylanıb.
Sual yaranır: Bu pullar hansı mənbədən ayrılıb və bu hədiyyələr Fondun qanuni fəaliyyətinə uyğun gəlirmi? Təhsil İnkişaf Fondunun nizamnaməsi, qanunvericiliyi və digər hüquqi sənədləri göstərir ki, bu cür ödənişlər Fondun səlahiyyətlərinə daxil deyil.
Beləliklə, təhsilmedia.az bildirir ki, bu əməliyyat ciddi qanunsuzluq və korrupsiya şübhəsi doğurur. Dolayı yolla kimlərin maraqlarına xidmət edildiyi və Fond büdcəsindən 800.000 manatdan çox pulun sui-istifadə olunub-olunmadığı dərindən araşdırılmalıdır.
Oxucularımızı məlumatlandırırıq: təhsil sektorunda şəffaflıq və vəsaitlərin düzgün istifadəsi hər bir vətəndaşın, xüsusilə də gələcək nəsillərin marağındadır.
Yenixeber.org olaraq xatırladaq ki, Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nəsibov Elnur Ramiz oğludur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam