Redaktor seçimi
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Günün xəbəri

ƏCAİB PAXILLIQ

Duyğuların da rənglər kimi cürbəcür çalarları olur. Məsələn, tutaq ki, paxıllıq. Paxıllığı şərti olaraq üç növə bölsək, belə bir nəticə alınar:
1-ci ən yüksək səviyyə: kinlə,:nifrətlə müşayiət olunan paxıllıq.( onun əlindən çıxsın, yalnız məndə olsun, başqa heç kimdə yox)
2-ci səviyyə nusbətən mülayim səviyyə - həsəd(niyə onda var, məndə yoxdur, məndə yoxdursa, onda da olmayaydı kaş).
3-cü ən mülayim səviyyə: səmimiyyətlə müşayiət olunan paxıllıq - qibtə ( onda olan nə gözəldir, maşallah! Kaş məndə də beləsi ola idi).
Bu bölgü çoxumuza tanışdır. Amma bu yazını motivasiya edən paxıllığın bu səviyyələri deyil, onun qeyri-adi formada üzə çıxmış bir təzahür formasıdır. Əminəm ki, heç biriniz indiyəcən belə bir paxıllığın şahidi olmamısınız.
Bu əhvalatı mənə bir xanım danışıb.Çoxdanın söhbətidir. Xanımın söylədikləri:
    “Günlərin bir günü yuyulmuş paltarları- yataq dəstləri, dəsmallar, süfrələr və s.- eyvanda ipə sərdiyim vaxt qonşum bizə gəldi. Ləyəndə üst-üstə qalanmış paltarları görüb dedi:
- Mən də dünən yataq ağlarını dəyişmişdim, onları qaynatdım, evdə nə ki kirli paltar vardı, hamısını yudum. Axşam da ütüləyib yerbəyer elədim hamısını. 
Mən dedim:
-Maşallah! Xoş halına, sənin yerinə olaydım. 
Biz burda söhbətdə ikən gördük qonşu blokdakı xanım da əlində yuyulmuş paltar dolu ləyən eyvana çıxdı. Salamlaşdıq, o da başladı paltarları sərməyə.
Mən işimi qurtardım və biz içəri keçdik. Qonşuma yer göstərdim ki, otursun, birlikdə çay içək. Amma o oturmadı, dedi elə-belə gəlib, çay içməyə vaxtı yoxdur. Mən də təkid eləmədim. Çay içdim, bir xeyli mətbəxdə qurdalandım və eyvana çıxdım ki, görək paltarlardan quruyanı varmı. Eyvana çıxanda bayaq bizə gələn qonşumu öz eyvanlarında yataq ağları sərdiyi yerdə görüb çox təəccübləndim. 
-Gülzar, -dedim, -bəs bayaq sən demirdin ki, dünən kirli paltarların hamısını yuyub- ütüləmisən, bəs bu qədər paltar hardan çıxdı?
Qonşum xısın-xısın güldü və dedi:
-Ay qız, bu elə dünən ütülədiklərimdi. Şifonerdən çıxardıb bir də yumuşam. İndi də sərirəm.
Mən heyrətləndim:
-Nə?!.. Niyə? Təmiz paltarı təzədın bir də niyə yuyursan ki? Dəli olmusan?
Gülzarın verdiyi cavab çox gözlənilməz oldu:
-Neynim? Bayaq gördüm hərəniz bir tərəfdə paltar sərirsiz, sizə paxıllığım tutdu. Gəldim evə ki, mən də bir şey taplb yuyum, sizin kimi sərim, heç nə tapmadım, təmiz pasteli, dəsmalları-zadı çıxarıb təzədən yudum, indi də sərirəm.
Mənim təəccübdən matım-qutum elə qurumuşdu ki, baxa-baxa qalmışdım.”
Mən də bu əhvalatı eşidəndə çox heyrətlənmişdim, çünki ömrümdə belə bir paxıllığın şahidi olmamışdım. Paxıllıqdan evi, maşını, paltarı, əşyanı təzələmək, nəyinsə daha bahasını və daha gözəlini əldə etmək həvəsini nusbətən normal qəbul etmək olar. Amma paxıllıqdan təmiz camaşırı təkrar yumaq... Bu, son dərəcə əcaib bir paxıllıq növü idi və mən bu növü paxıllığın heç bir səviyyəsinə aid edə bilmədim. 
Bəs siz?
İmarət Cəlilqızı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam