Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -TƏFƏRRÜAT

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO
Gəncə Birləşmiş Xəstəxanasının əhatə etdiyi illərdə bağlanılmış satınalma müqaviləsi barədə məlumatların müvafiq qaydada yerləşdirilməsi ilə bağlı müəyyən edilmiş müddətə əməl olunmayıb, Xəstəxananın 2024-cü ildə keçirdiyi satınalmaların hamısı, 2025-ci ildə 70 %-i dördüncü rübə aid olub.
Bu iddia Gəncə Şəhər Birləşmiş Xəstəxanası ilə bağlı Yenixeber.org-a daxil olmuş yazıda yer alır...
Belə ki, adı çəkilən Gəncə Səhiyyəsində yaxşılığa doğru heç bir iş görülmədiyi halda, milyonlarla maliyyə vəsaitinin xərclənməsinə şübhələr yaranır.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeçiliyində olan, Abbas Səhhət Xəstəxanası, 3 Nömrəli Xəstəxana və poliklinikalar da olan avadanlıqlardan tutmuş, dəftər ləvazimatlarına qədər alınan tenderlərdə çatışmamazlıq öz əksini tapır.
Alınan Tenderlərin Xəstəxanalara, poliklinikalara verilməsin də ciddi nöqsanlar var.
Məsələn dəftər ləvazimatları, kondisioner və digər alınan malların verilməsində ciddi nöqsanlara rast gəlmək olur.
Tender qaliblərinin Xəstəxanalarda gördükləri təmir işləri hələlik öz əksini tapmır. Xəstəxanalara baxdıqda, təmir işlərinin hansı səviyyədə olması ayrılan maliyyə vəsaitini tamamlamır.
Ola bilər ki, müəyyən xəstəxanada, poliklinikada təmir işləri gedər, amma onun hansı səviyyədə olması, ayrılan maliyyə ilə ziddiyyət təşkil edir.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında Həkimlərin gördükləri işlərin qarşılığında bonus deyilən pul vəsaitinin alınmasında cətinliklər, məzuniyyət pullarının hesablanmasında böyük maliyyə pozuntusu, Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür.
Gəncə Birləşmiş Xəstəxanasında, Qüvvədə olan hüquqi aktların tələblərinə əsasən tibb müəssisələrini pulsuz dərman resepti blankları ilə Səhiyyə Nazirliyi təmin etsə də, Xəstəxana müqavilələr bağlamaqla blanklar alıb, bir sıra hüquqi aktların uzun illər əvvəl təsdiq edilməsi fonunda müasir tələblərin, qabaqcıl təcrübənin öyrənilərək təkmilləşdirilməməsi nəticəsində şəkərli diabetlə bağlı normaların ağırlıq dərəcəsindən asılı olmayaraq eyni dozada müəyyən olunması əhali sağlamlığının qorunması istiqamətində riskləri formalaşdırıb, eləcə də ərzaq təchizatı üzrə normalara əməl edilməməsi vəsait üzrə artıq icraya səbəb olub.
Tibbi xidmətlərin göstərilməsinə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Xəstəxana arasında bağlanılmış müqavilənin şərtlərinə əməl olunmayıb, xidmətlərin dəyəri gecikmələrlə ödənilib. Belə ki, əhatə etdiyi illərdə məlumatlar 2-3 ay gecikmə ilə təqdim olunaraq, ekspertizadan keçirilməsi və ödənilməsi növbəti ildə həyata keçirilib.
Sığorta deyilən qurumun tabeçiliyində olan işçilərin Xəstəxanalarda və poliklinikalarda vətəndaşlarla kobud rəftar etmələri, vətəndaşlara qarşı haqsızlıqlar olunması, hətta sığorta işçilərinin vətəndaşla nəlayiq davranışı, təhqir etmələrinə rast gəlmək olur ki, bu da ciddi nöqsanların başlanğıcından biridir.
Dərman preparatları ilə bağlı fəaliyyətin hüquqi aktların tələblərinə uyğun təşkil edilməməsi dövriyyəsi məhdudlaşdırılmış və nəzarət edilən psixotrop maddələrin qeydiyyatının düzgün aparılmaması və zəruri ixtisasa malik həkimlər tərəfindən təyin edilməməsi ilə nəticələnib ki, bu da son nəticədə əhalinin sağlamlığının qorunması və ictimai təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli riskləri formalaşdırıb.
Eləcə də, Xəstəxana tibbi arayışların verilməsi ilə bağlı ödənişlərin alınması və rəsmiləşdirilməsində də nöqsanlara yol verib, Xəstəxana yerinə yetirdiyi halda, bəzi hallarda ödənişli əsaslarla göstərilən tibbi xidmətlərə görə vəsait daxil olmayıb.
Gəncə Birləşmiş Xəstəxanasının əhatə etdiyi illərdə bağlanılmış satınalma müqaviləsi barədə məlumatların müvafiq qaydada yerləşdirilməsi ilə bağlı müəyyən edilmiş müddətə əməl olunmayıb, Xəstəxananın 2024-cü ildə keçirdiyi satınalmaların hamısı, 2025-ci ildə 70 %-i dördüncü rübə aid olub.
Hesab edirəm ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasına ayrılan Tenderlərin, Maliyyə vəsaitinin yoxlanılması, yazıda göstərilən nöqsanların araşdırılması aidiyyəti qurumların diqqətində olacaq...
Ardı var.…
Sabina Babanli
Məqalədə qaldırılan iddialarla bağlı adları çəkilən şəxs və qurumların cavab haqqını tanıyırıq.

















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam