Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Səbaildə təhlükəli tikinti: Yüksək gərginlik xətləri altında iaşə obyekti inşa olunur -FOTO

Səbail rayonu, Buta və Mikayıl Müşfiq 1 küçələrinin kəsişməsində aparılan tikinti işləri ciddi təhlükə mənbəyinə çevrilib. Belə ki, 220/110/10 kV-luq “Müşfiq” yarımstansiyasının dibində və ordan ayrılan yüksək gərginlikli elektrik dirəklərinin arasında iaşə obyekti inşa edilir.

Yenixeber.org: Məsələ ondadır ki, tikinti dirəklər arasında yerləşən elektrik xətlərinə olduqca yaxın məsafədə aparılır. Bu isə istənilən an qəza riski yarada bilər. Mütəxəssislərin fikrincə, həmin xətlərin mühafizə zolağı ciddi şəkildə pozulub və “AzərEnerji” rəhbərliyi bu sahədə nəzarəti təmin etməkdə aciz görünür.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı səlahiyyətli orqanlar vaxtında tədbir görməsə, nəticəsi faciəli ola bilər. Çünki yüksək gərginlik xətləri əhalinin həyatına birbaşa təhlükə yaradır.
Məlumatlara görə, tikinti market şəbəkələrindən biri üçün aparılır. Hazırda günün müxtəlif saatlarında əraziyə ağır tonajlı yük maşınları gətirilir, beton tökülməsi sürətlə davam etdirilir və artıq birinci mərtəbə yekunlaşmaq üzrədir.
Əldə etdiyimiz məlumata görə, tikintiyə rəhbərlik edən şəxs İlqar adlı sahibkardır. Bildirilir ki, inşaatın aparıldığı ərazi 2 milyon 500 min manata alınıb. Lakin tikinti tamamlandıqdan sonra həmin sahənin qiymətinin 6 milyon manata qədər yüksələcəyi və satışa çıxarılacağı gözlənilir.
Hazırda əsas sual budur: kim və hansı əsasla belə təhlükəli ərazidə tikintiyə icazə verib?(BakuNews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam