Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -kütləvi etiraz var
İmişlidə baş verən dəhşətli qəza ilə bağlı şok detallar yayılıb. Məlumata görə, Ramiz Mehdiyevin biznes ortağı Əziz Quliyev idarə etdiyi 200 min manatlıq “Mercedes” avtomobillə məktəbli azyaşlıları vuraraq, ölümcül vəziyyətdə onları qoyub, hadisə yerindən uzaqlaşıb. Hadisə zamanı uşaqlar çoxsaylı xəsarət alıb.
Bu haqda Yenixeber.org olaraq 4 gün əvvəl (08.08.2025) məlumat yaymışdıq. ( Bu linkdə: https://yenixeber.org/arasdirma/188926-i%CC%87mi%C5%9Flid%C9%99-q%C9%99za-t%C3%B6r%C9%99d%C9%99r%C9%99k-hadis%C9%99-yerind%C9%99n-qa%C3%A7an-yaral%C4%B1-k%C3%B6rp%C9%99l%C9%99r%C9%99-%C3%BCr%C9%99yi-a%C4%9Fr%C4%B1mayan-%C9%99ziz-quliyev-ki%CC%87mdi%CC%87r.html)
Xatırladaq ki, hadisə İmişlinin Qaraqaşlı-Xoşçobanlı avtomobil yolunun 32-lər kəndi ərazisindən keçən hissəsində avqustun 5-də iki minik avtomobilinin toqquşması ilə baş verib.
Hadisə nəticəsində 2007-ci 2012-ci və 2013-cü il doğumlu oğlan uşaqları yaralanıb.
Belə ki, "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub.
Araşdırma zamanı məlum olub ki, "Opel"in sürücüsü Xoşçobanlı kənd sakinidir. "Mecedes"i idarə edən şəxs isə İmişli Mərkəzi və MAL bazarının müdiri Əziz Quliyevdir.
İddialara görə, Əziz Quliyev qəzadan sonra hadisə yerindən qaçıb. Halbuki, yaralıları qoyub qaçmağın özü bir cinayət sayılır və hüquqi məsuliyyət yaradır. Ancaq Quliyevin qaçmaqda məqsədinin başqa olduğu sonradan ortaya çıxıb. Belə ki, Əziz Quliyev sükan arxasında özünün olmadığını, bacısı oğlunun avtomobili idarə etdiyini deyib.
Amma hadisə yerində olanların iddiasına görə sükan arxasında Əziz Quliyev özü olub. Görünür, Əziz Quliyev öz havadarlarına arxalanır. Elə ona görə də, hər zaman İmişli sakinlərinə zülm edib, digərlərinin əmlak payını zor gücünə əlindən alıb.
Bu gün isə Yenixeber.org-a bu istiqamətdə yeni məlumat daxil olub. Məlumata görə, Əziz Quliyev baş verən bu ağır hadisəni öz əlaqələrindən istifadə edərək ört-basdır etməyə çalışır. Bu məqsədlə Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev bütün imkanlarını işə salaraq Əziz Quliyevi məsuliyyətdən yayındırmaq üçün hərəkətə keçib.
Azyaşlıların atası zavodda fəhlə işləyən Cəmil Babaşova müxtəlif kanallar vasitəsilə təzyiq göstərildiyi bildirilir, işdən çıxarılacağı ilə hədələnir.
Məqsəd – onun rəsmi şikayət etməməsini təmin etmək.
Bu xəbər sosial şəbəkələrdə ildırım sürətilə yayılıb. İmişlidə və ətraf rayonlarda insanlar bu olayın ört-basdır edilməsinə imkan verilməyəcəyini, Əziz Quliyevin qanun qarşısında cavab verməsini tələb edirlər.
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.