Susmaq çox çətindir

Susmaq çox çətindir bu zəmanədə,
Gərəkdi gözün kor, dilin lal olsun!
Kimlərki yer tapıb bu meyxanədə,
Bir əli ver olsun, biri AL olsun!
*****
Sözümün canı var kəlmələrimdə,
Söz edim sizlərə amma dinləyin.
Nəyisə anlarsız bəlkələrimdə,
Diqqəti cəm edib gözü zilləyin!
*****
"Qocanın" dövlətdən təmənnası var,
İstəyir yaşasa öz pulu olsun.
Oğulun, qızında çox əmması var,
Oğul var anası qulluqçu olsun.
*****
Az olan müavinət heç işə gəlmir,
220 manatda sizə çox gəlir???
Utanmır o, məmur heç ara gəlmir,
Verilən müavinət bir dişə dəymir.
*****
Bax necə susum mən, acı möhnətə,
Nənələr qocalıb, ələbaxımdır.
Məhəl qoymur məmur, acı töhmətə,
Yaşlanan babalar "selli"axındır.
*****
Baxmasın qocalar oğul əlinə,
Öz pulu olarsa dəyəri olar.
Sıxılıb qalmaya zalım gəlinə,
Kəfənə pul yığsa gərəyi olar.
*****
Büdcənin pulları artdıqca hər il,
Pensiya, müavinət bir azca artır .
Artımlar başlasa dəyir kimə DİL?!
Pul ələ gəlməmiş qiymətlər qalxır.
*****
Pensiya, məvacib ilbəil artır,
"Qoca"- lıq pulları yada düşməyir.
Yaşlılar yaşamır ilbəil "dartır",
Görəsən, bu hallar kimi üzməyir?
*****
Yaşlıya daha çox pul lazım olur,
Sağlığı sıfırsa "həkim" gərəkdir.
Bir loxma çörəyə QUL lazım olur,
Oğlunsa xəyalı külüng, kürəkdir.
*****
Yaşaya bilməz ki, büdcəsi yoxsa,
Pulunu artırın nənə, babanın!
Babanın əynində " cübbə"- si yoxsa,
Puluda çatmayır yəqin"hamam"- ın.
*****
Nazirlər, məmurlar keflə yaşayır,
Mən niyə oturub belə dərd çəkim?
Niyəki qocanın pulu artmayır,
Deyirsiz; fikrimə məndə SƏDD çəkim!?
*****
Məmləkət bizimdir qazı, nefti var,
Qocalı, cavanlı bilsin hər kəsə!
Haqqıyla bölünsə çatmır nakəsə,
Artırın pulları pay düşür bizə!
*****
Nə vaxtdan qocalar çıxdaş olubdur,
Zirvəyə qaldıran onlar deyilmi?!
Nə vaxtdan süfrədə daşbaş olubdu?
Belə bir yanaşma sizə xeyirmi?!
*****
Qocalar yaşayıb könlü xoş olsa,
Allaha yalvarıb dua eyləyər.
Açdığı süfrəsi əgər boş olsa,
Ahını göylərdən sənə ələyər!
*****
Yaşlının ahı var bir gün tutacaq,
Daş yağar başına, gözün kor olar.
Sən elə bilməki, ALLAH susacaq,
Gərəkmi var - dövlət, yerin GOR olar!
*****
Sözümün bir azca hikməti vardır,
Yaşlının duası bolluq gətirər.
Könlüm ilhamlıdır fitrəti vardır,
Bəddua edərsə, sonluq gətirər...
Təranə Şəms.5.09.2025