Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mirsaleh Seyidovun VİLLA-TÜRMƏLƏRİ BAĞLANIR? -İLGİNC GƏLİŞMƏ

Neçə müddətdir ki, yerli KİV-də ədliyyə naziri Fərid Əhmədovun Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovla münasibətlərinin gərgin olması ilə bağlı xəbərlər yayılır. Qeyd edək ki, kifayət qədər əsaslı olan bu xəbərlərə rəsmi qaydada reaksiya verilməsə də, Seyidovun bu prosesin ictimailəşməsində maraqlı olmadığı da bəlli olur.
Yenixeber.org: Məlumata görə, hazırda Seyidov qurtulmuş kimi görünsə də, durum tamam fərqlidir. Bu barədə danışan mənbə bildirir:
"Seyidov əslində özünü nazir postunda görürdü. Əhmədovun gəlişi ona böyük zərbə oldu. İllər ərzində penitensiar xidmət daxilində qurduğu rüşvət və korrupsiya sistemi hədəfə çevrildi. Məcburi qaydada "rüşvət pəhrizinə" oturan Mirsaleh müəllim hətta "bahalı dustaqlardan" gələn gəlirlərdən də imtina etməli olub".
Qeyd edək ki, hazırda həbsxanada olan keçmiş məmurlar və iş adamları üçün ayrıca saxlama yerləri var və onlar bu villa-türmələri olduqca baha qiymətə kirayə edirlər. Onlardan alınan pullar isə birbaşa olaraq Mirsaleh Seyidovun cibinə gedir.
Mənbə iddia edir ki, Fərid Əhmədovun hədəfinə çevrilən Mirsaleh Seyidov indi bu qazancından imtina etməli olacaq.
Məsələ bununla da bitmir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...(Dia-az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam