Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Bu sözlər...

IMG
Yəqin ki, çoxumuz gündəlik məisətdə işlənən, ədəbi dildə  jarqon və ya varvarizm sayılan "kvit" sözünü "kvit olduq", "kvit olmuşuq" və s. bu kimi ifadələrin tərkibində eşitmişik.
Yenixeber.org: Bu ifadə adətən borcla bağlı hər hansı bir məsələnin yekununda, bəzən insan münasibətləri ilə əlaqədar olan məsələlərdə də "biz artıq səninlə kvit olduq" və digər buna bənzər formalarda işlədilir.
Aydındır ki, dilimizə bu söz rus dili vasitəsilə daxil olubdur. Rus dilində bu söz həm "квит" şəklində --  məsələn: "Вернул деньги и квит."-- həm də pristavka və suffikslərlə işlənir:  "Они сквитались." Yeri gəlmişkən, квитанция sözündəki   квит həmin o kvitdəndir.
Bəs bu söz mənşəcə hansı dilə məxsusdur? Sözün vətəni latın dili sayılır. Latınca bu söz quietus şəklində olub sakitləşmiş mənasını verir, yəni haqq-hesabı həll etdikdən sonra tərəflər rahat nəfəs alıb sakitləşdilər, sakitləşmış oldular.
 Alman dilində isə bu söz quittung sözünün tərkibində  işlənir ki, bu da çek kimi tərcümə olunur -- 
Biz dükanda alver edirik, kassaya pul ödəyirik, kassir də bizə çek verir, biz onunla "kvit olub" malımız zənbildə, cekimiz cibimizdə rahatca və sakit halda cıxıb gedirik evimizə. Kassir də pulu məmnun və sakit ovqatla kassadakı yuvalarda ceşidləyib yeni müstəriləri gözləyir. Yaxşı situasiyalarda kvit olmaq, dogrudan da, rahatlıq gətirir. 
Bütün məsələlərdə hər birinizə yalnız  müsbət mənada "kvitolma" nəsib olsun.
 
                       ŞİFONER
Məişətimizdə işlənən "şifoner" sözü leksikamiza  sovet dövründə rus dili vasitəsilə fransız dilindən daxil olmuşdur. Fransız dilində chiffon  sözü əsgi, parça qırıqları  (rusca тряпка, лоскут) mənasını ifadə edir. Hərfi mənada şifoner  sözü əsgi-üsgü üçün 
dolab mənasındadır. 
 
             JURNAL
Leksikamıza rus dili vasitəsilə fransız dilindən keçmiş sözlərdən biri də jurnal sözüdür. Sözün tərkibindəki jour fransızca həm işıq, həm də gün mənasındadır,  papier jurnal, yəni hərgünkü qəzet  (rusca ежедневная газета).
jour sözünə bizə tanış olan bir sıra digər sözlərin tərkibində də rast gəlirik: abajur - işıği zəiflədən mənasında, tujurka- hər gün geyilən(rus dilində  повседневная)paltar mənasında(bizim kənddə bu sözü təhrif edib dejurka kimi tələffüz edirlər, yeri gəlmişkən rus dilindəki дежурный sözünün tərkibindəki  "jur" da həmin o "jour"dandır). 
Bir də nisbətən az rast gəldiyimiz ajur (naxış növü) sözünün də jurnala qohumluğu çatır.
İmarət Cəlilqızı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam