Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyaya ŞOK: gələn həftə imzalanacaq

Rusiyaya ŞOK: gələn həftə imzalanacaq

Ukrayna prezidenti Pyotr Poroşenko gələn həftə Konstitusiyaya dəyişikliklər haqqında qanunu imzalayacaq.

Yenixeber.org: Bu haqda prezidentin özü Kiyevdə keçirilən investisiya forumunda bildirib.

“Ali Rada Avropa İttifaqı və NATO kursunun möhkəmləndirilməsi üzrə prezidentin təşəbbüsünü dəstəklədi və gələn həftə qanunu imzalayacağam”, - Poroşenko deyib.

Xatırladaq ki, Ali Rada fevralın 7-də Ukrayna konstitusiyasına dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər ölkənin Avropa İttifaqı və NATO-ya üzvlük kursunu möhkəmlədir. Dəyişikliklər həmçinin Krımda Qara dəniz donanmasının yerləşdirilməsi üçün hüquqi əsasları ləğv edib.

Qeyd edək ki, 2014-cü ilin dekabrında Ukraynanın Ali Radası dövlətin neytral statusundan imtina edərək iki qanuna dəyişikliklər edib. 2016-cı ilin iyununda əlavə dəyişikliklərlə NATO-ya üzvlük ölkənin xarici siyasətinin hədəfi müəyyən edilib. Ukrayna həmçinin 2020-ci ilə qədər öz silahlı qüvvələrini NATO ölkələrinin gücləri ilə tam uyğunluğunu təmin etməyə məcburdur.

Ekspertlər güman edirlər ki, Kiyev ən yaxın 20 ildə NATO-ya üzvlüyə iddia edə bilməyəcək.

Rusiya prezidenti Vladimir Putin dəfələrlə xəbərdarlıq edib ki, Ukraynanı və Gürcüstanı sıralarına daxil etməyə çalışan NATO belə siyasətin nəticələri haqqında düşünməlidir.

“Bizim həmkarlarımız vəziyyətin kəskinləşməsinə oynayırlar, həmçinin Ukrayna və Gürcüstanı NATO-nun hərbi orbitinə daxil etməyə çalışırlar. Belə məsuliyyətsiz siyasətin mümkün nəticələri haqqında düşünmək lazımdır”, - prezident hələ 2017-ci ilin iyulunda Rusiyanın daimi nümayəndələri və səfirlərinin müşavirəsində söyləmişdi.

Daha əvvəl Putin bildirib ki, Rusiya Gürcüstan və Ukraynanın NATO-ya girişinə son dərəcə mənfi yanaşır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam