Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

İki erməni haqqında hökm çıxarıldı-Fransada

          Fransanın Endr və Luara departamentinin məhkəməsi 4 nəfər barədə hökm çıxarıb. 

Yenixeber.org: “lanouvellerepublique.fr” saytının yaydığı məlumata görə, onlar soyğunçuluqda ittiham olunublar. 

İstintaq zamanı məlum olub ki, 4 nəfərlik dəstə 2021-ci ilin oktyabr-noyabr aylarında kütləvi oğurluq həyata keçiriblər. Polisin keçirdiyi əməliyyatda onlardan 11 min avro nağd pul, 231 blok siqaret, 300 qram qızıl-zinət əşyası, 36 şüşə bahalı ətir, 35 şüşə araq, 1 ədəd köhnə odlu silah və 1 küt alət götürülüb.

Mütəşəkkil dəstənin üzvləri Andranik və Marinanın Ermənistan, Nikoloz və Mikeilin Gürcüstan vətəndaşları olduğu məlum olub.

Müdafiə tərəfinin vəkilləri 3000 səhifəlik ittiham aktında təqsirləndirilən şəxslərin barmaq izlərinin olmadığını, Nikolozun evindən tapılan çantada nəyin aşkar edilməsinin yer almadığını bildiriblər.

Məhkəmənin hökmü ilə Mikeil 12 ay müddətinə azadlıqdan məhrum edilib. Nikoloz və Marina elektron qolbaq tətbiq edilərək 5 ay sınaq müddəti olmaqla 6 ay ev dustaqlığına məhkum edilib. 6 ay azadlıqdan məhrum edilən Andranik həm də 70 min 720 avro cərimə ödəməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam