Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropada erməni mafiyası çökdürüldü -Danışılmış oyunlar

 

İspaniyada danışılmış oyunlarla bağlı ermənilərdən ibarət mütəşəkkil dəstə saxlanılıb.

Yenixeber.org: Tennis üzrə danışılmış matçların təşkilində şübhəli bilinən Ermənistandan olan 15 nəfərlik mütəşəkkil dəstənin zərərsizləşdirildiyi bildirilir. İdmançılar da daxil olmaqla, daha 68 nəfərlə bağlı araşdırma aparılır.

Ümumilikdə, 83 nəfərdən 28-nin peşəkar idmançı olduğu vurğulanır. Dəstənin, ən azı, 2017-ci ilin fevralından fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, istintaq çərçivəsində İspaniyanın 9 əyalətində aparılan axtarışlar zamanı nağd şəkildə 167 min avro, bank kartları, tapança, bahalı maşınlar və zinət əşyaları müsadirə olunub. Həmçinin 42 bank hesabına və daşınmaz əmlaklara həbs qoyulub.

Həbs olunanlara qarşı mütəşəkkil dəstəyə üzv olmaq, korrupsiya, dələduzluq, “çirkli pullar”ın yuyulması, qanunsuz silah saxlamaq ittihamları irəli sürülüb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam