Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Nənənim təndiri"nin yaxınlığında atışmada təqsirləndirilən dünya çempionuna hökm oxunub

 
 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nənənim təndiri" restoranının yaxınlığında atışmada təqsirləndirilən kriminal aləmin üzvləri - Xəyyam Səfixanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev və İlham Ramazanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb

Yenixeber.org:  Hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Xəyyam Səfixanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyevin 2 il 6 ay və İlham Ramazanovun isə 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il yanvarın 7-də Nərimanov rayonu Fətəli zan Xoyski küçəsi 134 ünvanında yerləşən "Nənəmin Təndiri" restoranın yaxınlığında baş verib.
Belə ki, əraziyə toplaşan şəxslərin mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər.
Daha sonra X.Səfixanov, M.Həsrətov, T.Nağızadə, E.Əliyev və İ.Ramazanov saxlanılaraq, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmin şəxslər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) 234-cü (narkotik) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, Xəyyam Səfixanov universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam