Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıda oğurluqda təqsirləndirilən FHN zabiti apellyasiya şikayəti verib

 

Bakıda oğurluqda təqisrləndirilən mütəşəkkil dəstənin üzvləri - Orxan Quliyev, Təhməz Əsgərov, Nicat Əliyev, Rişan Bayramov, Cavid İsazadə və Camal Heydərov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər


Yenixeber.org:  İş üzrə Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, dəstə üzvləri 2016-cı ilin sonlarından etibarən Badamdar qəsəbəsində mənzillərə girərək külli miqdarda pul, qızıl-zinət əşyaları, məişət avadanlığı aparıblar.
Dəstə üzvlərindən biri - N.Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı olub. O, daxili xidmət baş leytenantı rütbəsində xidmət edib.
Qarət olunan mənzillərin əksəriyyəti O.Quliyevin qonşuları olub. Təqsirləndirilən şəxslər 2016-cı ilin noyabr ayında dəstə üzvü O.Quliyevin qonşusu Vüqar Əliyevə məxsus mənzilin qıfılını sındırıblar, Bijuteriya və 20 manat xırda pullar oğurlayaraq zərərçəkmiş şəxsə 425 manat ziyan vurublar.
Eyni üsulla onlar qonşulaqda yaşayan Mehbalı Quliyevin də evindən oğurluq ediblər. Dəstə üzvləri həmçinin Badamdarda yaşayan Ayna Sadıqovanın evindən 21 min manatlıq, Azad Əliyevin mənzilindən isə 12 min manatdan çox qızıl-zinət əşyaları oğurlayıblar. Qəsəbə sakini Mərahim Əkbərovun mənzilinə soxulan şəxslər ona 18 min 520 manat ziyan vurublar.
Qızıl-zinət əşyaları “Moskva” unuvermağında satılıb, əldə olunan gəlir dəstə üzvlər arasında bölünüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Quliyev 5 il, T.Əsgərov, N.Əliyev, R.Bayramov, C.Heydərovun hər biri 4 il və C.İsazadə isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş C.İsazadə isə məhkəmə zalında həbs olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam