Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Rus-Yapon müharibəsi olacaq? -Moskva üçün ən pis ssenarilər işə düşür 

Yenixeber.org: Rusiyanın Ukraynaya hərbi təcavüzünün 11-ci günündə məlum oldu ki, işğalçı ölkənin 50-minə yaxın hərbçisi sıradan çıxıb. Buraya həlak olanlar, yaralananlar və əsir düşənlər daxildir. 200 minlik ordu ilə ildırımsürətli hücum planlayan Rusiya hərbi rəhbərliyi 11 gün içində Ukraynanın Şərq ətəklərini on mindən çox rus əsgərinin məzarına çevirə bildi. Qərb mətbuatı Rusiya siyasi elitasının, oliqarxiyanın, hərbi kəşfiyyat və xüsusi xidmət elitasının daxili çəkişmə içində olduğuna dair informasiyalarla ölkəni ən azından bir siyasi parçalanma gözlədiyini sezdirir. Hətta belə məlumat yayılır ki, xüsusi xidmət orqanları müharibənin uğursuzluqla başa çatdığı qənaətindədir. Belə olan halda, ehtimal olunan geriçəkilmə baş verməlidir, ya da onun nə zaman baş verəcəyi planlaşdırılır. Ancaq indi başlıca sual budur: Rusiya təkcə Ukraynadan geri çəkilməklə yaxasını qurtara biləcəkmi? 

                           Yaponiya torpağını istəyir

Yaponiyanın baş naziri Fumio Kişida Kuril adalarının ölkəsinin ata-baba əraziləri olduğunu, bu torpaqlar üzərində suverenliklərini təmin etməkdə qərarlı olduqlarına dair çıxış edib. Onun parlamentdə belə bir mövqe  qoyması qərarın siyasi yükünü xeyli artırıb. Üstəlik, söhbət Yaponiya kimi bir ölkədən gedirsə, biz bilməliyik ki, burada hər hansı siyasi qərar təsadüfi və emosional təsirlərlə qəbul edilə bilməz. Yaponiyanın bu iddianı ortaya qoymasını biz düz oxumalıyıq. Yəni səhvsiz şərh etməliyik. Bu siyasi qərardan çıxan mümkün nəticələri təhlil edərkən iki mühüm məsələ, demək olar ki, qaçılmaz görünür. 

                             Rusiya parçalanacaq 

Yaponiya bir çox məsələlərlə bağlı tək qərar qəbul etmir. Xüsusilə, Çin və Rusiya ilə bağlı qərarlarını, birmənalı olaraq, ABŞ-la məsləhətləşir və ortaq rəyə əsaslanır. Başqa tərəfdən, Yaponiyanın ərazi baxımdan genişlənməsi onun Çin üzərində daha bir psixoloji üstünlüyü demək olacaq. Bu isə gələcəkdə ABŞ-a hava-su kimi lazımdır. Bu baxımdan, Yaponiya hökumət başçısının belə bir bəyanatla çıxış etməsini biz ilk növbədə ABŞ-la ortaq mövqe kimi oxumalıyıq. Bu, o deməkdir ki, Vaşinqton nəinki Rusiyanın 1997-ci il sərhədlərinə qayıtmaq təklifini qəbul etmir, hətta ikinci dünya müharibəsinin nəticələrini də artıq tanımır. Yəni Kreml artıq faşist Almaniyası üzərində qələbə ilə əldə etdiyi üstünlükləri və qənimətləri Ukraynaya faşistcə hücumla itirmək üzrədir. Yaponiya Rusiyaya hücum edəcəkmi? Bu, çox çətin ehtimaldır, amma onun belə bir iddiası, Ukrayna cəbhəsinə ruh vermək və Rusiyanı ruhdan salmaq üçün böyük bir hücuma bərabərdir. 

                 Rusiya parçalanacaqsa, neçə yerə? 

İkinci məsələ budur ki, Yaponiyanın Kuril adalarına iddiası Rusiyadan torpaq geri almaq kontekstində deyil, Rusiyanın parçalanması kimi başa düşüləcəksə, o zaman Rusiya neçə yerə parçalanacaq? Bu, çox mühüm sualdır. Ola bilsin, onun cavabı indi Vaşinqtonda da yoxdur, amma daha çox Rusiya ilə qonşu olanları düşündürməlidir. 

Seymur Həzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam