Redaktor seçimi
Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Günün xəbəri

Müharibə niyə başlamır? -Zaman Rusiyanın zərərinə işləyir 

Yenixeber.org: “Rusiya-Ukrayna müharibəsi niyə başlamır?” sualı son günlər daha da aktuallaşıb. Əslində, müasir toplumun tamaşaya və linçə meylli olduğuna dair artıq elmi ədəbiyyatda da tezislərə rast gəlmək olur. Yəni, Rusiyanın Ukrayna ilə müharibəsi hərbi-siyasi olaydan daha çox qlobal sosial-psixoloji zərurətə çevrilib. Elə buna görə də hər keçən gün “müharibədən uzaqlaşırıq” düşüncəsi əvəzinə “daha şiddətli müharibəyə yaxınlaşırıq” fikri beyinlərə hakim kəsilir. Hətta bəzən elə mənzərə yaranır ki, bu savaşdan könüllü vaz keçən tərəf tamaşa səhnəsini dağıdan sərxoş kimi “daş-qalaq” ediləcək. Bunlar öz yerində, amma həqiqətən də hər keçən günün bizi bu qarşıdurmadan uzaqlaşdırdığı, yoxsa daha qanlı müharibəyə yaxınlaşdırdığı bilinmir. Zaman faktoru ciddi şəkildə əsas silaha çevrilməkdədir. 

                       “Vaxt”ı kim özünə işlədir? 

Rusiya Ukrayna sərhədlərinə topladığı silahlı qüvvələri orada uzun zaman saxlamaqla ordunun ilkin əhval-ruhiyyəsinə, təbii ki, zərbə vurur. Hücum üçün gələn və uzun zaman gözləyən ordu birləşməsinin daxilində nizam pozuqluğu qaçılmazdır. Üstəlik, əgər bu ordudan dünyada Rusiyanın əleyhinə böyüməkdə olan siyasi-hərbi koalisiyalar xəbərini gizlətmək mümkün deyilsə. Hansısa hərbi qurğunun arxasında əyləşmiş “praporşik Styopa” internetdən oxuyur ki, ona qarşı nəinki Ukrayna, hətta Türkiyə, ABŞ, Britaniya bütövlükdə NATO silahlanır və bu xəbərlər hər gün gəlir. Hər gün hansısa Şərqi Avropa ölkəsi Ukraynaya silah göndərir. Britaniya və ABŞ da Şərqi Avropa ölkələrinə minlərlə xüsusi təyinatlı əsgər göndərir. Belə olan halda, rus ordusunun hər keçən gün əhval-ruhiyyəsinin darmadağın olması qaçılmazdır. “Dünyaya qarşı savaşmaq” düşüncəsi artıq məğlubiyyətin müjdəçisi kimi Rusiya ordusunda yayılmaqdadır. Üstəlik, bu yaxınlarda “Azadlıq radiosu”nun Moskva xidməti yayımladığı bir reportajda Rusiya silahlı qüvvələrində ciddi maddi böhran olduğunu da ortaya qoymuşdu. Reportajda danışan zabit deyirdi ki, komandanlıq on nəfər zabiti xidmətdən azad edib, onun maaşını bir zabitə verməlidir. Bu rəqəm bizə nəsə demirmi?  

                              Vaxt Qərb üçün 

Zamanın uzanması Qərb üçün tamam başqa effekt verdi. Birincisi, Tramp hakimiyyəti dövründə demək olar ki, parçalanmış Qərb bloku ölkələri bu zaman içində xeyli toparlana bildilər. Tərəddüd edən Almaniya və Fransa kimi ölkələrin mövqeləri xeyli qətiləşdi. Şərqi Avropada yerləşdirilmiş hava hücumu sistemlərindən əlavə, buraya canlı qüvvə və texnika cəlb edildi. Üstəlik, Rusiyaya ya vurulan, ya da anons edilən iqtisadi zərbələr Kremli xeyli zəif saldı. Aydın görünür ki, ötən müddət ərzində proses Qərbin güclənməsi, Rusiyanın isə hərbi və mənəvi baxımdan taqətdən düşməsi ilə nəticələnib. Son iki gündə isə antirusiya blokunda olan ölkələrin, başda ABŞ olmaqla öz vətəndaşlarına Ukraynadan çıxmaq barədə çağırış etmələri artıq yeni bir mərhələnin astanasında olduğumuzu deməyə əsas verir. 

Bəşəriyyətin bu sınaqdan necə çıxacağını demək çox çətindir, fəqət bu cür  davam etməyin psixoloji mümkünsüzlüyü də faktdır.

Seymur Həzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam