Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!

5 yaşlı Orucov Nihat Kənan oğlu autizm xəstəsidir. Nihatın anası Samirə Orucova bildirir ki, övladının müalicəsi üçün maddi imkanları çox məhduddur. Kütləvi informasiya vasitələrinə müraciət edən ana vətəndaşlarımız, xeyirxah insanların yardım əli uzadacağına inanır. 

Yenixeber.org-a müraciətində ana deyib ki, 5 yaşlı övladını özü tək böyüdür: 

- Nihat doğulduqdan sonra ilk vaxtlar uşaqda qeyri-adilik hiss etmirdik. Düşünürdük ki, o da gec dil açan, gec danışan uşaqlar kimidir. Amma getdikcə davranışlarında qəribəliklər üzə çıxdı. Uşaqda nitq pozuntusu, qorxu, bəzən hədsiz aktivlik, bəzən də qavrama çətinliyi olduğu göründü. Həkimə apardım. Müayinələr zamanı məlum oldu ki, övladım autizm xəstəsidir. Həm də bu xəstəliyin ağır növü olan Kanner autizmi.  

S.Orucova bildirib ki, tənha anadır, işləyir, amma aldığı əməkhaqqı ilə balalarının maddi ehtiyaclarını qarşılaya bilmir. Bir tərəfdən də Nihatın müalicə xərcləri vəziyyəti daha da ağırlaşdırır: 

- Oğlum əziyyət çəkir, uzunmüddətli müalicə almalıdı, bir kurs müalicə isə 300 manatdır. Nihat yaşıdlarından geri qalır, heç nəyə reaksiya vermir. Nihatın əlilliyi bu günlərdə təsdiqlənib. İlkin olaraq 205 manat müavinət təyin edilib. Sonra bəlkə məbləğ artacaq. Ancaq müavinətlə  və mənim kiçik əməkhaqqımla uşağın müalicəsini davamlı təmin etmək mümkün deyil. Ona görə də xalqımıza, mərhəmətli insanlara üz tutub kömək istəyirəm. Kimin imkanı nəyə çatır, kömək etsin.

S.Orucova bank kartı və əlaqə nömrəsini də yazıb: 
   
Kapital Bank 5239.1517.3928.6964 kart anaya aiddir.  Orucova Samirə adınadır.
Əlaqə nömrəsi: 070-525-62-03. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam