Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya sərhədə 80 minlik qoşun yığıb-Proses davam edir

 

Ukraynanın şərq sərhədlərinə Rusiya ordusunun elit bölmələrinin 80 mindən çox hərbçisi tioplanıb. Ukrayna hadisələrin ən pis inkişaf ssenarisinə hazır olmalıdır. Yerli mətbuat xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində Ukraynanın daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak yazıb.

Yenixeber.org: “Bu hələ son rəqəm deyil. Batalyon-taktiki qrupları, tank birləşmələri, zərbə aviasiyası, raket artilleriyası bölmələri, desant-şturm batalyonları, QRU-nun və RF DİN-in xüsusi bölmələri. Səhra hospitalları salınır. Bu qorxutmaq üçün deyil, sadəcə, faktları sadalayıram”, - Şkiryak əlavə edib.

O, həmçinin Rusiyanın quru hücumunun böyük ehtimal kəsb etməsindən danışıb.

Şkiryak sözlərinə belə davam edib: “Biz hadisələrin inkişafının ən pis ssenarisinə hazır olmalıyıq. Bu gün 2014-2016-cı illərdə olduğu kimi, bütün xalqın ordu, hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları ətrafında birləşməsi lazımdır”.

O, ümidvar edib ki, Ukrayna ordusu hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə birlikdə “qarşıya qoyulmuş vəzifələrin tam yerinə yetirilməsinə hazırdırlar və işğalçıya layiqli cavab verəcəklər”.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazında Rusiya hərbçiləri tərəfindən Ukraynanın üç hərbi gəmisi saxlanılıb. Saxlanılan zaman 6 ukraynaklı dınizçi yaralanıb. Onlar və digər ekipaj üzvləri sərhədi qanunsuz kçdiklərinə görə həbs ediliblər.

Bundan sonrakı gün Ukraynanın 10 vilaytəndə hərbi vəziyyət elan edilib.(virtualaz)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam