Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Ulu Öndərin 99-cu ildönümü münasibətilə mini-futbol turnirinə start verilib -FOTOLAR

 

Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə mini-futbol turnirinə start verilib

Yenixeber.org: Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunan mini-futbol turnirinin açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Respublika Komitəsinin sədri Hikmət Osmanov bildirib ki, ümummilli liderin doğum günü ərəfəsində Azərbaycanda və dünyanın bir çox ölkələrində diaspor təşkilatları və səfirliklərimiz tərəfindən müxtəlif tədbirlər təşkil olunur, Azərbaycanın qurucusu Ulu öndərin əziz xatirəsi ehtiramla yad edilir. Keçirilən mini-futbol turnirləri də bunlardan biridir.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb: “Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraiti düzgün qiymətləndirmək bacarığına malik idi, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir”.

“Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin idman siyasəti dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq meydanlarda öz müsbət nəticəsini göstərməkdədir. İdmançılarımız təmsil olunduqları bütün yarışlarda Dövlət bayrağımızı qürurla dalğalandırırlar. Artıq Azərbaycan dünyada idmanın yüksək səviyyədə inkişaf etdiyi ölkə kimi tanınır. Avropa və dünya çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar, əldə etdiyi digər nailiyyətlər, həmçinin ölkəmizdə idmana olan yüksək maraq və dövlət dəstəyi beynəlxalq idman ictimaiyyətinin və idman federasiyalarının diqqət mərkəzindədir. “Bakı-2015” ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları ölkəmizdə yüksək səviyyədə təşkil olundu. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu idman siyasətinin nəticəsidir”, - H.Osmanov vurğulayıb.

Sonra turnirə start verilib.

Qeyd edək ki, 4 qrupda mübarizə aparacaq 20 komandanın qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində müəyyənləşəcək, qalib komandalara kubok, medallar və pul mükafatları təqdim olunacaq.

 

 

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam