Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Həştərxanda Ümummilli liderin anadan olmasının 92-ci ildönümü anıldı

 

Həştərxanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilib

"Xeberinfo.com":  Rusiya Federasiyasının Həştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər təşkil olunub.

Tədbirlərdə Həştərxan vilayətinin və şəhərin rəhbərliyi, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, burada fəaliyyət göstərən Azərbaycan və digər ölkələrin diasporlarının nümayəndələri, ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr və yerli ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.

İlk növbədə iştirakçılar Həştərxan şəhərində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət etmiş, abidənin önünə tər gül dəstələri qoyulmuş, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad etmişlər.

 

Daha sonra Heydər Əliyev adına 11 saylı orta məktəbdə keçirilən mərasimdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında Ulu öndərin əvəzsiz rolundan danışılıb. Qeyd olunub ki, Həştərxanda keçirilən tədbirlər ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın sübutudur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam