Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Həştərxanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi-Fotolar

 

Həştərxanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilib

                

Yenixeber.org:  Rusiya Federasiyasının Həştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər planı çərçivəsində bir sıra tədbirlər, o cümlədən Heydər Əliyev adına 11 saylı orta məktəbində açıq dərslər, görüşlər, dəyirmi masa və sair anım mərasimləri baş tutmuşdur.

İlk öncə mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad etmişlər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında Ulu Öndərin əvəzsiz rolundan danışmışlar. Anım mərasimində Həştərxan Vilayəti Sənaye, nəqliyyat və təbii ehtiyatlar naziri vəzifəsini icra edən Denis Afanasyev, Beynəlxalq və xarici iqtisadi əlaqələr naziri vəzifəsini icra edən Vladimir Qolovkov, digər rəsmilər, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan diasporasının nümayəndələri, AMOR-un Həştərxan vilayəti üzvləri, şəhər sakinləri iştirak etmişlər.

Həyata keçirilmiş bir sıra tədbirlər çərçivəsində Həştərxan şəhərində Heydər Əliyev adına 11 saylı orta məktəbdə açıq dərslər, görüşlər keçirilmiş, Ulu Öndərin həyatından bəhs edən filmlər və fotoşəkillər nümayiş edilmiş, şagirdlərə Ümummili Liderin fəaliyyəti barədə geniş məlumat verilmişdir.

Qeyd edək ki, 17 may 2019-cu il tarixində Həştərxan şəhərində Azərbaycan nümayəndə heyətinin və Vilayət rəhbərliyinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Həştərxan şəhərində bir sıra irimiqyaslı sosial layihələr həyata keçirmiş Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyi münasibətilə silsilə tədbirlər həyata keçiriləcək.

 

 

 


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam