Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İran ABŞ-ın sanksiyalarına görə -vaksin ala bilmir

İran ABŞ-ın sanksiyalarına görə vaksin ala bilmir
"Vaksin sifariş etdiyimiz ölkələr ABŞ-ın sanksiyalarından qorxduqlarını deyirlər. Tramp getdi, amma onun uğursuz təsiri cəmiyyətimizə eyni şəkildə yansımağa davam edir. Bu gün özəl sektora Səhiyyə Nazirliyinin nəzarəti altında peyvənd gətirməsi üçün icazə verildi".
Yenixeber.org: Bunu İran Prezidenti Həsən Ruhani koronavirusla mübarizəyə həsr edilmiş toplantıda çıxışı zamanı deyib.

İran lideri ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə başlayan sanksiyaların xaricdən peyvənd alınmasına ciddi maneələr yaratdığını bildirib.

Ruhani səlahiyyət müddəti 18 iyunda keçiriləcək prezident seçkiləri ilə sona çatacaq hökumətinin ən vacib hədəfinin sanksiyaların ən azından bir hissəsinin aradan qaldırılması və epidemiyanın nəzarətdə saxlanılması olduğunu əlavə edib.

Onun sözlərinə görə, ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbilə xaricdən peyvənd almaqda çətinlikə üzləşən İran problemi Çin, Rusiya və Hindistan kimi ölkələrdən vaksinlər almaqla həll etməyə çalışır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam