Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ruhani ilə görüş planım yoxdur” - Tramp

    

“Ruhani ilə görüş planım yoxdur” - Tramp
ABŞ prezidenti Donald Tramp aldığı “sorğulara” rəğmən, iranlı həmkarı Həsən Ruhani ilə hələlik görüşmək planının olmadığını bildirib.
 Yenixeber.org: Bu barədə Tramp özünün "Tvitter" səhifəsində yazıb.

“Sorğulara baxmayaraq, İran prezidenti Həsən Ruhani ilə görüş keçirmək planım yoxdur. Ola bilsin, nə vaxtsa gələcəkdə görüşdük. Eşitmişəm ki, o, olduqca heyrətamiz insandır”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Tehranın Ruhani və Tramp görüşünün təşkilini istədiyini bildirmişdi. İran XİN isə bu məlumatı təkzib edib. 

Hazırda Nyu-Yorkda səfərdə olan İran prezidenti Həsən Ruhani isə bildirib ki, Tramp onun ölkəsinə və xalqına qarşı yalnış addımlar atıb və ABŞ prezidentinin qərarları heç bir ümid vermir. O, bu səbəbdən Trampla gözlənilən görüşünün əhəmiyyətsiz olduğunu düşünür. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam