Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Top indi Avropa meydanındadır – Həsən Ruhani

 

Top indi Avropa meydanındadır – Həsən Ruhani
ABŞ nüvə sazişindən birtərəfli qaydada çıxdıqdan sonra indi top Avropa meydanındadır.
Yenixeber.org: "Reuters” xəbər verir ki, İran prezidenti Həsən Ruhani Böyük Britaniyanın Tehrandakı səfiri Rob Makeyrlə görüşündə belə deyib. O xəbərdarlıq edib ki, İran ABŞ-ın təhdidləri qarşısında təslim olmayacaq.

İran İslam Respublikası heç vaxt regionda gərginliyin artmasının tərəfdarı olmayıb və qlobal su yollarında (dünya akvatoriyasında) hansısa problemin yaranmasını istəmir. Lakin biz neft ixrac etmək haqqımızdan asanlıqla vaz keçməyəcəyik.” – deyə Ruhani vurğulayıb. 

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Şimali Koreya liderilə keçirdiyi görüşü nümunə gətirərək, əgər İran istəyərsə, heç bir ilkin şərt olmadan nüvə məsələsi və ikitərəfli münasibətləri müzakirə etmək üçün İran prezidenti ilə görüşməyə hazır olduğunu bildirib. Lakin əvvəllər Tramp bəyan edirdi ki, İranla yeni və daha yaxşı nüvə müqaviləsi bağlamağa hazırdır və bunun üçün Tehran Vaşinqtonun tələblərini yerinə yetirməlidir. Bu tələblər isə ballistik raketlərin hazırlanmasını dayandırmaq, İranda həbsdə saxlanılan amerikalıları azadlığa buraxmaq, Suriyadan qoşunları çıxarmaq, Yaxın Şərq və ondan kənarda silahlı birləşmələr və terrorçuları dəstəkləməyə son qoymaqdır. 

Xatırladaq ki, 8 mayda ABŞ İranla nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq ediləcək. 

Vaşinqton İranın neft ixracından əldə etdiyi gəlirləri sıfıra endirmək üçün bütün müttəfiqlərindən İrandan neft idxalını dayandırmalarını da tələb edib. Əks-təqdirdə onlara qarşı daha ciddi sanksiyalar işə salacağı ilə hədələyib və heç bir müttəfiqinə güzəştə getməyəcəyini bildirib. Təzyiqlər nəticəsində Cənubi Koreya son 6 ildə ilk dəfə İrandan neft alışını dayandırıb. Vaşinqtonun təhdidləri qarşısında isə Tehran neftinin ixracına maneələr yaradılacağı təqdirdə, Körfəz ölkələri neftinin Hörmüz boğazı vasitəsi ilə dünya dövlətlərinə ixracına imkan verməyəcəyini bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam