Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Bakıda Qadınlar Günü üçün çadırlar qurulub– Reportaj/Foto

 

Yenixeber.org: Azərbaycanlı kişilərin “mart soyqırımı” adlandırdığı 8 Mart bayramı ilə əlaqədar şəhərdə çadırlar qurulub.

Əməkdaşımız metronun bir neçə stansiyasının çıxışında yarmarkaların təşkili ilə maraqlanıb.

► Ətirlər və ayılar…

Müxbirimiz çadırların Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq quraşdırıldığını öyrənib. Bu yarmarkalarda 8 Mart hədiyyələri satışa çıxarılıb.

Metronun “Nərimanov”, “Neftçilər”, “28 May” stansiyalarının çıxışlarında qurulan yarmarkalarda ucuz hədiyyələr tapmaq olar. Burada müxtəlif növ ətirlər, suvenirlər, qablar, güllər, oyuncaqlar və s. hədiyyələr satılır.

Çadırların girişində böyük ayı oyuncaqlarının asılması isə bayramın əsas atribut və simvollarından birinə çevrildiyi göstərir.

Əsasən tələbələr, məktəblilər sevgililərinə, qız dostlarına bu hədiyyədən alırlar. Onların qiyməti isə 7-15 manat arasında dəyişir.

Xanımlara bayramda ən çox verilən hədiyyələrdən bir olan ətirlərin məbləğləri də dəyişikdir. Çadırlardan 8 Mart Günü üçün 5 manatdan 25 manata qədər ətirlər tapa bilərsiniz.

Yarmarkada işləyən satıcılar deyirlər ki, əsas alver 7 və 8 mart günlərində olur. Onların sözlərinə görə, indi durğunluqdur. Bunun səbəblərinə gəlincə…

► Alver 2 gün sonra qızışacaq…

Bunun səbəblərinə gəlincə, qabaqcadan hədiyyə alan kişilər az olurlar. Onlar ya bir gün əvvəl, ya da elə həmin gün hədiyyə alaraq evlərinə gedirlər.

“Martın 8-i axşama kimi şıdırğı alver gedir. İndi tək-tük nəsə alan olur. Bura ən çox məktəb uşaqları, tələbələr gəlirlər.

Bu dəqiqə ən yaxşı suvenirlər gedir. Orta yaşlı nəsil isə gül almağa üstünlük verir”,-deyə satıcı Rasim danışır.

Bakıda güllərin qiymətində də müəyyən bahalaşma var. Adi günlərdə 4 manata olan qızılgül 5-6 manata satılır.

Paytaxtın gül mağazalarında hələ ki sakitlikdir. Martın 7 və 8 günlərində isə gül mağazaları müştəri əlindən dolub-daşacaq.

Gül mağazaları içərisində 5 ədəd qızılgül olan buketlər hazırlayıblar. Bunların isə qiyməti hələ ki, 25-30 manatadır. Ancaq bu tələbatdan asılı olaraq, 8 mart günündə arta da bilər.

Sadə bazar prinsiplərinə görə tələbat artdıqca qiymət də artır. Ümumilikdə isə qızılgül tək-tək 4-5 manata satılır. Hazırda bir ədəd qızılgülün qiyməti 4 manatadır.

Bundan başqa insanlar tülpan gülünə də maraq göstərirlər. Qızılgüldən sonra əsasən tülpan alanlar çoxdur.

Ən bahalı güllər pionlar, qartenzalar və liliyalardır. Bunların da bir ədədinin qiyməti 5-8 manatadır.

 

Emil/AzEuroNews.com/ 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam