Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Vüsal 300”ün həbsi sonrası: Buxar çay evinin sahibi “Vüsal 900”ün adı hallanır? -SENSASİON İDDİA

Bir neçə gün əvvəl çoxsaylı vətəndaşların şikayətləri əsasında Xətai Rayon Prokurorluğu tərəfindən iş adamı, ictimaiyyətdə “Vüsal 300” kimi tanınan Vüsal Abbasov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq – külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə Abbasovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, Vüsal Abbasovun saxlanılmasından sonra onun ətrafında olan və müxtəlif dövrlərdə cinayət əməllərində şərik kimi göstərilən bəzi şəxslər istintaqdan yayınmağa cəhd ediblər. Hüquq-mühafizə orqanları isə onların bu niyyətini vaxtında müəyyən edərək axtarış tədbirlərinə başlayıb.
Xatırladaq ki, Vüsal Abbasovun həbsindən dərhal sonra onun yaxın çevrəsində olan Cavid adlı şəxs də prokurorluq orqanları tərəfindən axtarışa verilib. Bu fakt istintaqın hələ də geniş dairədə aparıldığını göstərir.
Məsələ bununla bitmir. İddialara görə, hazırda daha bir iş adamının adı istintaq materiallarında hallanır. Məlumatlara əsasən, həmin şəxs ictimaiyyətdə “Vüsal 900” kimi tanınır. O, Bakının Nərimanov rayonu ərazisində yerləşən və paytaxt sakinləri arasında tanınmış “Buxur” çay evinin sahibidir.
Mənbələr bildirir ki, “Vüsal 900” uzun müddət “Vüsal 300” ilə yaxın münasibətdə olub. Hətta onların bəzi işlərdə şərikliyi, eləcə də qarşılıqlı maliyyə dəstəyi faktları qeyd olunur. Vüsal Abbasovun həbsi xəbəri yayıldıqdan sonra isə “Vüsal 900”ün də ortalıqda görünmədiyi və həbs ediləcəyindən ehtiyatlandığı iddia olunur.
Hüquq-mühafizə orqanları hazırda həm Vüsal Abbasovun, həm də onunla əlaqəli şəxslərin fəaliyyət istiqamətlərini araşdırır. İstintaq materiallarına əlavə ediləcək yeni faktların yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.
Müşahidəçilər qeyd edirlər ki, “Vüsal 300” və “Vüsal 900” kimi tanınan şəxslərin adlarının eyni işdə çəkilməsi, onların biznes əlaqələrinin və mümkün şərik fəaliyyətlərinin istintaq üçün yeni istiqamətlər açacağı ehtimalını gücləndirir.(Azerbaycanreallığı)

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam