Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda ucuz məktəbli yarmarkaları açılır –Ünvanlar

Bakıda ucuz məktəbli yarmarkaları açılır –

 

Yenixeber.org: Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti qarşıdan gələn tədris ili üçün valideynlərin övladlarına məktəbli ləvazimatları almasını asanlaşdırmaq məqsədilə paytaxtın müxtəlif yerlərində məktəbli yarmarkaları quraşdırır.

Ticarət Departamentinin mətbuat katibi Əliabbas Bağırov Xəzər TV-yə bildirib ki, məktəbli yarmarkaları sentyabrın 20-dək işləyəcək. Lakin ehtiyac olarsa, yarmarkalar sentyabrın 30-a qədər davam edə bilər.

Məktəbli yarmarkaları metronun 28 may stansiyasından başqa Elmlər Akademiyası, "İnşaatçılar”, Nəriman Nərimanov "Koroğlu” və "Neftçilər” stansiyalarının yaxınlığında fəaliyyət göstərəcək. Bu ərazilərdə yarmarkalar üçün çadırlar qurulacaq.

Məktəbli yarmarkalarında kitab, dəftər, qələm, karandaş və digər məktəbli ləvazimatları satılacaq. Yarmarkaların açılmasında məqsəd həmçinin pərakəndə satışın qarşısı almaqdır. Ticarət Departamentinin əməkdaşlar tərəfindən ciddi nəzarət olunacaq ki, yarmarkalarda süni qiymət artımı olmasın.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam