Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

Beynəlxalq Bankdan şikayət:kartdan müştərilərin pulları belə çəkilir

Beynəlxalq Bankda 810 Manatlıq Qalmaqal: Müştərinin pulu hara yoxa çıxıb?

“Azərbaycan Beynəlxalq Bankı”nın kartından OTP-siz əməliyyatla 5 min manatdan çox pul çəkilib. Lakin bank problemin həlli üçün müştəriyə köməklik göstərmir.

Yenixeber.org: ABB kartından pul çəkilən müştəri Əsgər Axundov problemini Feysbukda ictimailəşdirib. O bİldirib ki, etibar etdiyi bankın təhlükəsizliyi sıfırdır:

“Güvənib pulumuzu qoyduğumuz bankın təhlükəsizliyinin necə olduğunu bilməyinizi istəyirəm. İyun ayının 12-dən 13-nə keçən gecə saat 02:50 radələrində mənim maaş kartımdan 5251 manat pul xarici saytlara köçürülüb. Və bu əməliyyat OTP-siz əməliyyat olub. Xatırladım ki, bu kart heç bir saytda və heç bir proqramda qeydiyyatdan keçməyib. Və pulun çıxdığı saytların heç birinə giriş olmayıb (Hapiness və khankyun saytları).

Mənə heç bir link gəlmiyib ki, ona daxil olum və ya zəng gəlmiyib ki, kart məlumatları verim. Bunları ona görə qeyd edirəm ki, bu hallar son zamanlar çox müşahidə olunur.

Ayın 13-ü kart bloklanıb ABB tərəfindən. Mənə dedilər ki, iş günü (ayın 17-si) gəl filiala və cashbank sorğusu yarat. Bu gün də filiala yaxınlaşmışam (Balakən rayonu ABB filialı) və filial əməkdaşı mərkəzlə əlaqə saxlayıb deyir ki, bəli, bu OTP-siz əməliyatdır, ancaq biz heç nə edə bilmərik, mastercard o sorğunu qəbul etmir. Məsləhət görürlər ki, hüquq mühafizə orqanlarına müraciət edim. İndi bu vəziyətdə mən nə etməliyəm?
Bir daha xatırladıram ki, bu maaş kartı heç bir saytda qeydiyyatdan keçməyib və heç bir əməliyyat bu kartla icra olunmayıb. Əgər telefona giriblər deyirsinizsə, o da deyil. Çünki telefonun iCloude-u yoxlanılıb və giriş aşkarlanmayıb”.

ABB müştərisi banka güzəndiyi üçün peşman olub. O digər müştərilərin də aldanmaması üçün xəbərdarlıq edib.

media-200

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam