Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Almaniya vətəndaşlarını çıxarır:İrana hücum olacaq!

Görünən odur ki, İranla bağlı məsələlər hələ də İsrail və ABŞ tərəfindən tam bağlanmayıb. İran son vaxtlar Avropa Birliyinin, xüsusilə Avropa üçlüyünün ultimatumunu yerinə yetirərək MAQATE ilə sənəd imzalasa da, bu öhdəliklərin hansı formada icra olunacağı hələlik bəlli deyil. Çünki Tehran zənginləşdirilmiş uran ehtiyatlarını agentliyə göstərmir və bunun bombalanmış reaktorların altında qaldığını bildirir.

Yenixeber.org: Bu sözləri politoloq Fərhad Məmmədov Almaniyanın İranda olan vətəndaşlarını təcili şəkildə ölkəni tərk etməyə çağırması barədə danışarkən deyib.

Politoloqun sözlərinə görə, belə bir şəraitdə İsrail və ABŞ-ın regiondakı hərbi aktivliyinin artması gözləniləndir:

“Qətərə zərbələrdən sonra İsrail və ABŞ-ın daha da aqressivləşməsi və İrana qarşı yeni hava əməliyyatları təşkil etməsi istisna deyil. Almaniyanın çağırışı da məhz bununla bağlı ola bilər. Almaniya ABŞ-la müttəfiqdir, onların kəşfiyyat orqanları birgə fəaliyyət göstərir. Ona görə də Almaniya Xarici İşlər Nazirliyinin vətəndaşlarına müraciəti yaxın vaxtlarda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlaşmasının siqnalı ola bilər”.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam