Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Metro çıxışlarında qurulan çadır yarmarkalar kimindir?

Metro çıxışlarında qurulan çadır yarmarkalar kimindir?

 

Yeni il münasibətilə metronun “Neftçilər”, “Koroğlu”, “Gənclik”, “İnşaatçılar, “Nəriman Nərimanov”, “28 May”, “Elmlər Akademiyası” stansiyalarının yaxınlığında bayram çadırları qurulub

 

Yenixeber.org: Bu barədə məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırov deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinin Kollegiyasının qərarı ilə metro stansiyalarının giriş-çıxışına yaxın 10-a qədər ərazidə çadırlar qurulub: “Bayram çadırlarının sayının artırılması nəzərdə tutulub. Çadırlarda bayram üçün ləvazimatlar, oyuncaqlar, suvenirlər, şam ağacları və s. satılır. Yarmarka 2018-ci il yanvarın 1-də qədər davam edəcək. 4 yanvarda çadırlar söküləcək”.

Qurum rəsmisi bildirib ki, digər yerlərə nisbətən bayram yarmarkalarında satılan mallar alıcılar üçün əlverişli qiymətə təklif edilir: “Bizim də əsas məqsədimiz vətəndaşların məmnunluğudur. Həm qiymətlər münasibdir, həm də insanlar istədiyi bir çox çeşiddə malı eyni yerdən ala bilir. Çalışırıq ki, küçələrdə, vətəndaşların gediş-gəlişinə mane olacaq yerlərdə satışlar təşkil edilməsin”.

Ə.Bağırov bildirib ki, yarmarkaların təşkil edilməsi iki ildir davam edir: “Bu müddət ərzində əhalinin narazılığını eşitməmişik. Əksinə, həm qiymətlərdən, həm də metro stansiyalarına yaxın yerlərdə olduğu üçün yerlərdən razılıq edirlər. Bu il bayram çadırlarının qurulması məhz vətəndaşların ötənilki münasibətinə görədir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam