Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Qaradağ rayonunda qanunsuz daş karxanaları - Başçının müavini himayə edir? -DE-FAKTO

bitmap-img6

İdman müəllimin qanunsuz daş karxanaları: Dövlət büdcəsindən yüz min manatlar belə gizlədilir
Yenixeber.org: Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Nadir Muradov rayon ərazisində fəaliyyət göstərən qanunsuz daş karxanalarını himayə etdiyi bildirilir
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ölkədə qanunsuz fəaliyyət göstərən daş karxanalarının dayandırılması istiqamətində mübarizə aparır.
Ölkədə hazırda torpaq qanunvericiliyinin tələblərini pozan, eyni zamanda qanunsuz işçi çalışdıran, vergidən yayınan xeyli sayda daş karxanaları var.
AzFakt.com saytının əldə etdiyi məlumata görə belə qanunsuz daş karxanalarının bir neçəsi İdman adlı sahibkara məxsusdur.
Məlumata görə bu sahibkarın karxanalarına əsasən Müşfiq adlı şəxs nəzarət edir. 
Qaradağ rayonunun ərazilərində fəaliyyət göstərən bu karxanalarda heç bir işçinin əmək müqaviləsi yoxdur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir sıra maddələrinə zidd olaraq İdman adlı sahibkarın karxanalarda çalışdırdığı işçilər qeydi-qanuni işlədilir.
Bu karxanalarda təhlükəsizlik qaydalarına da əməl edilmir.
Elektrik kabelləri normativlərə uyğun deyil. Karxanada olan naqillərə, texnikalara baxış keçirilmir.
Bu isə işçilərin həyatını təhlükəyə atır.
 
Bir tikə çörək üçün bu karxanalarda həyatlarını risqə atan fəhlə və ustalar sanki quldarlıq dövründə olduğu kimi qul həytı yaşayırlar. Bu insanların nə normal yatacaqları, nə mətbəxləri, nə də hamamları var. Üstəlik əmək müqavilələrinin də olmaması usta və fəhlələrinin gələcək həyatlarının təminatını ciddi sual altına alır.
İdman müəllimin sahibi olduğu karxanaların hamısında vergidən ciddi yayınmalar var. Hər ay on minlərlə manat vergidən yayındırılaraq mənimsənilir. Karxana rəhbərliyinin vergi orqanında olan" dayday"ları karxana gəlirlərinin vergidən yayındırılmasına yardımçı olurlar.
Daş karxanasının sahibinə dəstək verən şəxsin Qaradağ Rayon icra hakimiyyətinin başçısının müavini Nadir Muradov olduğu bildirilir.
bitmap-img6
Bu karxanaların qanunsuz fəaliyyətləri ilə bağlı araşdırmalarımız davam edir.
Sözügedən daş karxanasının Müşfiq adlı rəhbəri məlumata mövqe bildirməyərək rəsmi qurumlardan mövqe almağımızı istədi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam