Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır?

media-rust

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “General Hospital” yenə saxta sağlamlıq arayışı qalmaqalı ilə gündəmə gəlib.

Yenixeber.org: Bu barədə vətəndaş Qurbanova Zərxanım İlqar qızı məlumat verib. O bildirib ki, 14 nömrəli Bakı Peşə Məktəbinə təqdim etmək üçün sağlamlıq arayışı almalı imiş:

“9 sentyabr tarixində sağlamlıq arayışını əldə etmək üçün “General Hospital”a müraciət etdim. Həmin klinikada bunun üçün məndən 40 manat pul vəsaiti tələb etdilər. Həmin məbləği klinikaya verdikdən sonra heç bir yoxlanışdan keçmədən baş həkim Rüstəm Mikayılovun imzası ilə mənə sağlamlıq arayışını təqdim etdilər”, – deyə o əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl “General Hospital”da əməliyyat keçirilib. Nəticədə saxta sağlamlıq arayışı qalmaqalına görə cinayət işi açılmışdı. Səhiyyə Nazirliyi isə 17 mart 2025-ci ildə “General Hospital” haqqında İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikatsiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edib. Protokol baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Məhkəmə protokolu əsaslı hesab edib və “General Hospital”ın 6 min manat cərimə edilməsi barəsində qərar qəbul edib.(“Unikal”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam