Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

“Halal Dad”ın kolbasasının tərkibində zərərli əlavələr var -DE-FAKTO

media-911

Mağaza və marketlərdə müxtəlif adla satışa çıxarılan əksər növ kolbasaların tərkibində zərərli qida əlavələri var. Belə tərkibdə kolbasa istehsalı ilə məşğul olan şirkətlərdən biri də “Halal Dad” MMC-dir.

Yenixeber.org: Bu müəssisənin “Servelat” bişirilmiş və hisə verilmiş kolbasaların hazırlanmasında insan orqanizmi üçün zərərli olan qida əlavələrindən istifadə edilib.

media-55

 bu barədə elə kolbasanın üzərində və kolbasanın tərkibi barədə marketlərin onlayn bölməsində məlumat yerləşdirib. Kolbasanın tərkibi mal əti, qoyun əti (əla növ), mal piyi, nişasta, xörək duzu, natrium nitrit, kompleks qida əlavələri (E-450; E-451; E-621) və qarışıq ədviyyat ekstraktı ətirli istiot, ağ istiot, askorbin turşusu E-300, E-301 sarımsaqdan ibarətdir.

Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, sözügedən kolbasanın tərkibindəki E-450, E-451 maddələri insanda mədə pozğunluğu əmələ gətirir. Kolbasanın tərkibindəki E-621 qida əlavəsi də insan orqanizmi üçün zərərli hesab edilən maddələrdəndir.

media-800

Ən çox yayılmış dad gücləndiricisi natrium glutamat olan E-621-dir. Bu maddə ilə zəngin olan qidaları qəbul edən insanların 30 faizi baş ağrıları, yüksək ürək döyüntüsü, əzələlərdə zəiflikdən şikayət edir.

Mütəxəssislər bu cür qida əlavələri ilə zəngin olan qidalardan imtina etməyi məsləhət görürlər. Çünki tərkibində bir deyil, bir neçə qida əlavəsi olan qidalar daha zərərlidir. Xüsusilə uşaqlara, azyaşlılar bu cür qidaların verilməsi qətiyyən məsləhət görülmür.(tribunainfo.az)

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam