Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda Novruz bayramı ilə bağlı yarmarkalar fəaliyyətə başlayır

 

Bakıda Novruz bayramı ilə bağlı bayram yarmarkaları üçün nəzərdə tutulan çadırların quraşdırılmasına başlanılıb.

Yenixeber.org: Bu barədə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Onun sözlərinə görə, fevralın 27-dən etibarən bayram yarmarkaları üçün çadırlar quraşdırılır:

"Artıq ötən gündən bayram yarmarkaları üçün çadırlar quraşdırılır. Bu gündən onların fəaliyyətinə icazə veriləcək. Artıq 5 yerdə - "Gənclik", "Nərimanov", "28 may", "İnşaatçılar" və "Koroğlu" metro stansiyalarının yaxınlığında belə çadırlar quraşdırılır. Yaxın günlərdə daha 5 yerdə bayram yarmarkaları üçün çadırların quraşdırılması nəzərdə tutulur".

Ə.Bağırov bildirib ki, yarmarkaların təşkil edilməsində məqsəd bayramqabağı paytaxtda qiymət artımının qarşısını almaq və küçə ticarətini həmin yarmarkalara cəlb etməkdir.

Qeyd edək ki, yarmarkalar martın 25-dək davam edəcək.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam