Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mir Cəlal küçəsində qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR

media-544

Binəqədi rayonu,  Mir Cəlal küçəsində  qızğın inşaat işləri aparılır. Yerli sakinlər iddia edirlər ki, ərazidə görülən işlər qanunsuzdur: nə müvafiq dövlət orqanlarından tikintiyə icazə verilib, nə də təhlükəsizlik normalarına əməl olunur.

Yenixeber.org: Qanunsuz tikinti bir müddət öncə aidiyyatı orqanlar tərəfindən dayandırıldığı bildirilmişdir. Lakin bu gün qanunsuz tikinti işləri aparıldığı məluma olub.

Bu barədə XALQ  -a verilən məlumatda qeyd edilib ki, tikinti icra hakimiyyətinin səlahiyyətli şəxsləri ilə “razılaşma” əsasında aparıldığı bildirilir. zonası birbaşa yüksək gərginlikli elektrik xətlərinin altındadır.   Bu qanunsuz aparılan tikinti prosesində normativ tələblər gözlənilmir, əraziyə səs-küy yayılır, yaxınlıqdakı evlərdə yaşayanların gündəlik həyatı pozulur. Toz-torpaq, səs-küydən bezən sakinlər dəfələrlə narazılıqlarını da bildiriblər. Ancaq onların narazılığına reaksiya verən dövlət qurumu yoxdur.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında  Binəqədi rayonu Mir Cəlal   küçəsində  hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumat göstərilməyib.

Məsələ ilə bağlı Binəqədi  rayon icra hakimiyyətinin münasibət öyrənmək  mümkün olmadı.  Həmçinin qanunsuz tikinti ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində heç bir açıqlama verilmədi.

Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam