Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Çudo Peçka" "çökdü":işçilər məhkəməyə müraciət etməyə hazırlaşırlar

 

“Çudo Peçka” mağazalar şəbəkəsinin daha iki mağazası bağlanıb.

Xeberinfo.com:  Musavat.com-a daxil olan məlumata görə, uzun müddətdir ki, maliyyə sıxıntısı yaşayan şirkətin metronun “Əhmədli”, “Neftçilər” və “28 may” stansiyalarının yaxınlığında yerləşən mağazaları da artıq fəaliyyətini dayandırıb.

Bundan əlavə bildirilir ki, şirkətin baş ofisi də artıq fəaliyyət göstərmir. Eyni zamanda əldə etdiyimiz məlumata görə, mağazalar bağlandıqdan sonra şirkətin sexləri də fəaliyyətini dayandırıb. Hazırda “Çudo Peçka”nın yalnız metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən mağazası fəaliyyət göstərir.

Məlumatı təsdiqləmək üçün şirkətin metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən mağazasına baş çəkdik. Müşahidə etdik ki, doğrudan da mağazanın qarşısından “Çudo Peçka”nın adı götürülüb. İçəridə satış olsa da, bildirildi ki, bura artıq “Çudo Peçka” olaraq fəaliyyət göstərməyəcək.

Onu da xatırladaq ki, “Çudo Peçka”nın əməkdaşları uzun müddətdir ki, maaşlarını ala bilmirdilər. Şirkət bir ildən çox idi ki, maliyyə sıxıntısı yaşayırdı.

İşçilərin maaşları son zamanlar hissə-hissə verilsə də, böyük bir qisminin ötən aylardan qalan əmək haqları hələ də verilməyib.

Əldə etdiyimiz məlumata görə, əmək haqqı ala bilməyən işçilər məhkəməyə müraciət etməyə hazırlaşırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam