Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

 “Nar” Beynəlxalq Kitab günü münasibətilə sosial media müsabiqəsinə start verir

 

“Nar” Beynəlxalq Kitab günündə Azərbaycanın ən böyük ödənişsiz səsli kitabxanası olan “Canlı Kitab” layihəsindən daha çox insanın xəbərdar olması və faydalanması üçün “Facebook” və “Instagram” səhifələrində maraqlı müsabiqə keçirir. Mobil operatorun sosial media səhifələrini izləməklə müsabiqənin şərtləri ilə tanış ola və dəyərli hədiyyələrdən birini qazana bilərsiniz.

Yenixeber.org: Azərbaycandilli auditoriya üçün yaradılmış “Canlı Kitab” səhifəsində 70-dək müəllifin 600-ə yaxın bədii ədəbiyyat əsəri səsləndirilib. Qısa zaman ərzində zəngin kitabxana quran “Canlı Kitab”,  bədii ədəbiyyatı görmə məhdudiyyətli insanlara, həmçinin vaxt azlığı səbəbindən kitab oxumağa imkanı olmayan şəxslərə çatdırır. Beynəlxalq Kitab günü münasibətilə “Belə-belə işlər” komandası da bu audio kitabxananın ərsəyə gəlməsi və önəmi barədə maraqlı videosüjet hazırlayıb. Videosüjeti “Belə belə işlər” layihəsinin sosial media səhifələrindən izləyə bilərsiniz.

“Canlı Kitab” layihəsi mobil operator “Nar”ın dəstəyilə ərsəyə gəlib və bu tərəfdaşlıq sayəsində audio kitabxana yenilənir və ödənişsiz əsasda fəaliyyət göstərir. Hazırda audio resursların digər sosial media platformalarına yerləşdirilməsi prosesi başlayıb. Yaxın günlərdə səsli kitab həvəskarları “SoundCloud” üzərindən də “Canlı Kitab”ı dinləyə biləcəklər.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam