Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Ən böyük Azərbaycandilli səsli kitabxana yaradıldı -“Nar”ın dəstəyi  ilə

 

 

 

 

“Nar”ın dəstəyi ilə “Canli kitab” layihəsi çərçivəsində dünya və Azərbaycan ədəbiyyatından 64 müəllifin 550-dən artıq əsəri ana dilimizdə audiokitab şəklində “YouTube” kanalında yerləşdirilib. Mütaliəyə marağı olan hər kəs müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri “Nar”ın yüksək keyfiyyətli interneti vasitəsilə “Canlı kitab” kanalının “YouTube” səhifəsindən izləyə bilərlər.

 

Yenixeber.org: Səsli ədəbiyyat kitabxanasının yaradılmasında məqsəd mütaliəni təlqin etmək və kitabları hər kəsə daha əlçatan etməkdir. Eyni zamanda, görmə məhdudiyyətli şəxslərin mütaliəsi üçün imkanlar açmaqdır. İstifadəçilərin rahatlığı və ödənişsiz istifadəsi üçün audiokitabxana “YouTube” platforması üzərindən yaradılıb. Layihə çərçivəsində əsərlərin toplandığı elektron daşıyıcıların görmə məhdudiyyətli şəxslərə paylanması nəzərdə tutulur.

 

Qeyd edək ki, layihə həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək “Radio Antenn” 101.1 FM dalğasında, eyni zamanda radionun və “Canlı kitab” verilişinin rəsmi “Facebook” səhifələrində canlı yayımlanır.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam