Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Nar" bu layihəni davam etdirir

 Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir

 

Yenixeber.org: Fiziki məhdudiyyətli şəxslərə dəstək məqsədilə “Nar”ın növbəti - “Canlı kitab” layihəsi "Radio Antenn" 101 FM-in efirində artıq ikinci aydır ki, davam edir. “Canlı kitab” layihəsində klassik və müasir Azərbaycan ədəbiyyatının, eyni zamanda dünya klassiklərinin Azərbaycan dilinə tərcümə olunmuş əsərləri audio-kitablar şəklində yazılır. Görmə məhdudiyyəti olan insanların dünyasına işıq salmaq məqsədilə həyata keçirilən layihə ilə səsli ədəbiyyat kitabxanası yaradılacaq. İndiyədək C. London, G.De Mopassan, H.Murakami, A.Çexov, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev, İ.Məlikzadə, K.Abdullanın əsərləri canlı səsləndirilib.

 

Qeyd edək ki, ötən aydan başlayaraq “Radio Antenn” 101 FM-in canlı efirində Azərbaycan və dünya ədəbiyyatının seçmə nümunələri tanınmış aktyorlar, qiraət ustaları tərəfindən səsləndirilir. Layihə başa çatdıqdan sonra bütün səsyazılarının flaşkardlar şəklində kitab oxumaqda çətinlik çəkən şəxslərə paylanması nəzərdə tutulur. Layihənin əsas məqsədi bədii ədəbiyyatı görmə məhdudiyyətli insanlar üçün əlçatan etmək, insanların ədəbiyyata marağının artmasına dəstək olmaqdır.

 

Qeyd edək ki, proqramı həftəiçi beş gün saat 10:00-dan 12:00-dək "Radio Antenn" 101 FM-in yayımında dinləyə bilərsiniz.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97,7%-ni əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam